Ötən il “Zaqatala AGRO Industry” İtaliya və Qazaxıstana 160 ton quru tütün ixrac edib AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zaqatala, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC-nin tütünqurutma məntəqəsində 416,7 ton quru tütün istehsal edilib. İtaliya və Qazaxıstan şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, ötən ilin sonunadək bu ölkələrə 160 ton quru tütün ixrac olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən 2024-cü ildə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında, ümumilikdə 356,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 38 fermerlə müqavilə bağlanılıb. Mövsüm ərzində MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsinə istehsalçılardan 2 min 381,6 ton yaş tütün daxil olub.
Zaqatalalı fermerlərdən Mustafa Qallayev ötənilki mövsümdə qəbul məntəqəsinə 253,8 ton, Təranə Quliyeva 90,5 ton, balakənli fermer Şamsu Bayramova 97,5 ton, Qax rayonunun fermerlərindən Mehman Əhmədov 145,7 ton, Mahir Səlimov 131,7 ton, Fazil Dursunov 110 ton, şəkili fermerlər Hacıxan Qəniyev 209 ton, Qəzənfər Həsrətov 99,4 ton yaş tütün təhvil veriblər.
Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə isə 25 qəpik ödənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 14 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















