Icma.az
close
up
RU
İsmayıllıda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və günərzi qayğı mərkəzinə baxış olub

İsmayıllıda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və günərzi qayğı mərkəzinə baxış olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 avqust, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Samirə Səfər qızı Həsənova və Xatirə Arif qızı Talıblı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilən S.Həsənova qadın gözəllik salonunu yaradaraq bu sahədə kiçik biznesini qurub. X.Talıblı isə proqramın dəstəyi ilə dərzi sexini qurduqdan sonra onu daha da genişləndirib və moda evi yaradıb. Burada nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi ilə əməkdaşlıq əsasında dərzilik üzrə peşə kursu da təşkil edilib.

Hər iki proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaq üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində İsmayıllı rayonunda 1631 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra edilən layihə əsasında İsmayıllı rayonunda yaradılmış günərzi qayğı mərkəzinə də baxış olub.

Burada sosial işçi, pedaqoq, psixoloq və digər mütəxəssislər tərəfindən əlilliyi olan və digər həssas qruplara aid uşaqların qavrayış, emosional, fiziki inkişafı, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsi üçün işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri