Icma.az
close
up
RU
Zaqatalada qədim Qorqud el mərasimi bu gün də yaşadılır VİDEO

Zaqatalada qədim Qorqud el mərasimi bu gün də yaşadılır VİDEO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatala, 16 aprel, AZƏRTAC

Multikultural və tolerantlıq ənənələrinin uğurla yaşadıldığı bölgələrimizdən biri də Zaqataladır. Mədəni müxtəlifliyi ilə fərqlənən Zaqatalada tarixdən gələn el mərasimləri, bayramlar da günümüzə kimi qorunub, yaşadılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə bayramlardan biri də Qorqud el mərasimidir.

Rayonun Qanıx çayı vadisi boyunca uzanan bir sıra kəndlərdə bu gün də tarixi mərasimlər qeyd olunur. Yengian kəndindəyik. Yazı erkən qarşılayan kənd sakinləri həyət-bacada səliqə-sahman yaradır, təmizlik işlərinə başlayıblar. Kənddə iməcilik təşkil edilir, abadlıq işləri görülür.

Xüsusən qonşulardan birinin həyətində yır-yığış edilir, digərində isə ocaq qalanır, qazanlarda yemək bişirilir. Belə həyətlərdən birinə baş çəkirik. Ocaq tüstüsündən gözləri yaşaran Gülarə nənə əl-qolunu çırmayıb qədim el xörəyi olan Qorqudu hazırlayır. Deyir ki, başqa xörəklər də hazırlanacaq, lakin Qorqudu bişirməyi hər insana həvalə etmirlər.

Qorqud xörəyinin hazırlanma qaydasından danışan Gülarə Ramazanova bildirir ki, buğdanı dingdə döyüb onu bir neçə dəfə suda yuyurlar. “Buğdanı yuyub suyunu kənara atmaq olmaz, ya ağac dibinə, ya da bostan-tərəvəz bitkisinin üstünə tökmək lazımdır. Axı, buğda, onun suyu bolluq rəmzidir. Hazır olan buğdanı qazana töküb qaynadır, soğan və düyü əlavə edirik. Həll olandan sonra isə döyülmüş qoz tökürük”, - deyən Gülarə nənə əlindəki çömçə ilə bir an belə ara vermədən qazanı bulayır və hazırladığı xörəyin yanmamasına nəzarət edir. Öyrənirik ki, Gülarə nənə qohum-əqrəba arasında bu işin ən yaxşı bilicisidir. Özündən sonra isə qızına bu xörəyin hazırlanmasını öyrədib.

Kənd ağsaqqalı Maarif dayı yazın gəlişinə təsadüf edən bu el mərasimini bəzi insanların unutduğunu deyir. Bildirir ki, ocaq üstündə bişirilən Qorqudu görəndə, uşaqlığını xatırlayır. O zamanlar daha çox iri qazanlarda bişirilər və kənddə bütün evlərə paylanarmış.

Kənd sakini, folklorşünas Xuraman Şabanova Yengian kəndinin tarixinin qədimə söykəndiyini, bu insanların yaşam tərzinin əkinçilik və maldarlıq olduğunu, keçmiş ənənələri də günümüzə kimi qoruduqlarını dilə gətirir. “İnsanların xeyir-şərdə bir-birinə dəstək, arxa durmalarını gördükcə, bütün bu adətləri dərk etdikcə, yaşadıqca hiss eləyirsən ki, bu yerlərin camaatı Dədə Qorqud nəslinin yadigarı, varisləridir”, - deyən Xuraman xanım əlavə edir ki, bu adətlərdən, yaşadılan ənənələrdən biri də mövsüm və mərasimlərdə Qorqud adlı yeməyin bişirilməsidir. Elə el mərasimi də adını bu yeməkdən götürüb. Kəndin müxtəlif məclislərində, mövsüm zamanı bişirilir və insanlara ehsan kimi paylanılır, süfrələrə düzülür: “Qorqud sözünün etimologiyasına nəzər saldıqda “qor” ocaq, “qud” isə şənlik deməkdir. Buradan belə anlama gəlmək olar ki, bu mərasimi qeyd edən hər kəsin ocağı daim yanar, məhsulu bol olur və evlərdə şənlik üçün ocaqlar qalanır”.

Keçmişdən qalan ən gözəl ənənələrdən biri də Qorqud yeməyi hazırlanandan sonra ev sahibinin ondan kəndin ahıl və qocalarına, xəstələrə, imkansızlara paylamasıdır. Bu da insanlarla ruzini paylaşmaq, bölüşmək və böyüklərə hörmət göstərmək mənasındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri