“China Energy” Qazaxıstanda günəş və külək elektrik stansiyalarının tikintisinə 1 milyard dollar sərmayə qoyur
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 24 oktyabr, AZƏRTAC
Çin tərəfi Qazaxıstanda bərpaolunan enerji layihələrinə 1 milyard dollardan çox investisiya qoymaq istəyini bildirib.
AZƏRTAC Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri Erlan Akkenjenov və “China Energy” şirkətinin prezidenti Tsyao Syubin arasında keçirilən görüşdən sonra iki irimiqyaslı layihənin həyata keçirilməsi planları təsdiqlənib.
Sənədlər Qazaxıstanın Türküstan bölgəsində 300 MVt gücündə günəş elektrik stansiyasının və Karaqanda vilayətində 500 MVt gücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Hər iki layihə COP29 iqlim konfransı çərçivəsində (2020-ci ilin noyabr ayında Bakıda keçirilən - red.) imzalanmış bərpaolunan enerji mənbələrinin inkişafı haqqında Hökumətlərarası Sazişin praktiki tətbiqi olacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















