Icma.az
close
up
RU
Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və onlardan yararlanıb RƏY

Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və onlardan yararlanıb RƏY

Report.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və iqtisadi cəhətdən onlardan yararlanan deputat olub.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Konstantin Zatulin həmişəki kimi yenə öz ampulasındadır: “Ermənipərəst mövqeyi ilə tanınan Zatulin vaxtilə Qarabağa olan qeyri-qanuni səfərləri, eləcə də İkinci Qarabağ Müharibəsi dövründə qərəzli çıxışları ilə diqqət çəkib.

A.Nağıyevin sözlərinə görə, digər bir məqam onun Soçidən seçilməsidir: “Hamıya məlumdur ki, bura ermənilərin daha çox yaşadığı ərazidir. Erməni xüsusi xidmət orqanlarının nəzarəti altında olan ərazidən seçilən deputat, təbii ki, ermənilərin tərəfini saxlamalıdır. Onlar vaxtilə Qarabağ ərazisində separatizmə meyilli insanlardan istifadə edərək iqtisadi cəhətdən varlanmaq niyyətində olublar”.

O qeyd edib ki, Azərbaycana məxsus əraziləri talan edən həmin şəxsləri daim gündəmdə saxlamaqla zatulinkimilər özlərinin də varlanması istiqamətində ciddi addımlar atıblar.

“Onların niyyətində heç vaxt vətənpərvərlik hissləri olmayıb. Təəssüf doğuran məqam odur ki, o, bu çıxışları Rusiya Dövlət Dumasının nümayəndəsi kimi edir. Zatulin separatçı rəhbərlər olan Bako Saakyan, Arkadi Qukasyan və digərlərini öz dostu kimi təqdim etməklə bir daha separatizm meyillərini gündəmə gətirir. Həmin şəxslər bu gün məhkəmə qarşısında etdikləri cinayətləri özləri belə etiraf etməsinə baxmayaraq, zatulinkimilər onları günahsız kimi təqdim etməkdən çəkinmir”, - komitə sədri vurğulayıb.

Arzu Nağıyev

O əlavə edib ki, hər kəs məhkəmələri davam edən həmin separatçıların cinayətlərinin sübuta yetirilməsinin şahidi olacaq: “Zatulinkimilər bu separatçıları guya lokal antiterror əməliyyatlarından sonra Ermənistana könüllü getmiş şəxslər kimi təqdim edir. Məlumdur ki, Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan başda olmaqla Zatulin və onun kimilərinin siyasətini qəbul etmir”.

“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil daxili və xarici siyasət, təbii ki, Zatulin kimilərini razı sala bilməz”, - deyən A.Nağıyev qeyd edib ki, Zatulin öz xoşbəxtliyini bir qrup insanın bədbəxtliyi üzərində qurmağa çalışan siyasətçi kimi tanınır.

“Bu gün bunu bütün siyasətçilər, hətta ermənilərin özü başa düşür ki, Zatulinin işi ancaq ara qızışdıraraq yenidən bu problemləri gündəmə gətirməklə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə xələl gətirməkdir. Hesab edirəm ki, Paşinyan hakimiyyəti, eyni zamanda digər siyasətçilər onun cavabını verir. Əsas məqam odur ki, bu gün zatulinkimiləri sülh deyil, əksinə, yaranmış vəziyyətdən istifadə etməklə öz şəxsi mənafelərini bərpa etmək maraqlandırır”, - o əlavə edib.

Qeyd edək ki, K.Zatulin Azərbaycanda həbsdə olan və hərbi cinayətkarlıqda təqsirləndirilən erməniəsilli şəxslərin onun dostları olduğunu bildirib. Zatulin, həmçinin onların azad olunması üçün beynəlxalq təşkilatları Azərbaycana təzyiqləri artırmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri