Icma.az
close
up
RU
Zatulin və Şvıdkoy erməni sevgisi ilə danışır, Azərbaycan isə faktlarla cavab verir ŞƏRH

Zatulin və Şvıdkoy erməni sevgisi ilə danışır, Azərbaycan isə faktlarla cavab verir ŞƏRH

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Son dövrlərdə Rusiya informasiya məkanında davamlı olaraq Azərbaycana qarşı genişmiqyaslı və qaydasız bir informasiya müharibəsini həyata keçirməkdədir. Azərbaycan tərəfi bu informasiya savaşında maraqlı olmadığını dəfələrlə sübtut etsə də, çox təəssüflər olsun ki, qarşı tərəf total informasiya hücumunu davam etdirməkdədir. Bu da təbii olaraq qonşuluğa və ikitərəfli münasibətlərə ciddi xələl gətirir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deptatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, bunun ən sonuncu bariz nümunəsi kimi, 2025-ci il iyulun 31-də Rusiya dövlət informasiya agentliyi olan TASS-da “Stepanakertdə Ayvazovskinin abidəsi sökülüb” başlıqlı təxribatxarakterli yazısının dərc edilməsi və bununla bağlı Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, RF Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanın ünvanına səsləndirdiyi cəfəng, absurd fikirləri göstərmək olar. “Biz bu adı çəkilən şəxslərin dəfələrlə “erməni sevgisi”nin şahidi olmuşuq.  Rusiyadakı erməni diasporunun maliyyəsi ilə qidalanan bu şəxslər növbəti dəfə qanunsuz olaraq Xankəndidə yerləşən Ayvazovski heykəlinin sökülməsindən "narahatlıq" keçirərək Azərbaycan haqqında heç də Rusiya kimi dövlətin imicinə xeyir gətirməyən səviyyəsiz ifadələr səsləndiriblər. Abidənin götürülməsinə görə bu qədər “narahat” olan şəxslərin nədənsə Ermənistanın 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycanın işğal altında olan yüzlərlə mədəni-dini-tarixi abidəsini məhv etməsinə qarşı bir dəfə də olsun səsləri çıxmadı. Əslində adı çəkilən şəxslərin bu cür təxribatçı fəaliyyətləri düşünülmüş şəkildə Rusiya-Azərbaycan arasında mövcud gərginliyin daha da dərinləşməsinə xidmət edən hərəkətdir. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy necə olur ki, Ermənistanın Şuşada Azərbaycanın dünya şöhrətli mədəniyyət və incəsənət xadimlərirnə qarşı törətdiyi vanadalizm hərəkətinə susaraq səsini çıxarmayıb. Axı, həmin şəxslər bir zamanlar Rusiyanı və SSRİ-ni dünyada təmsil edib. Amma Xankəndidə 2021-ci ilin dekabrında qoyulan bir abidənin götürülməsinə bu qədər narahat olur. Səbəb görəsən nədir? Təbii ki, onların bu çirkin niyyətinin arxasında duran məqsədlər Azərbaycan tərəfinə aydındır. Bu abidə Rusiya sülhməramlılarının bölgədə olduğu dövrdə və Azərbaycanın razılığı olmadan separatçılar və rus hərbçiləri tərəfindən Xankədidə ucaldılıb. TASS və Zatulin kimilər onu da yaxşı bilir ki, Azərbaycanda nə Stepanakert adlı şəhər, nə də Dağlıq Qarabağ adlı qurum var.  

Onu da xatırlatmaq yerinə düşər ki, bünövrəsi XIX əsrdə qoyulan Xankəndi şəhəri 1923-cü ilin iyulun 7-də Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti  (DQMV) yaradılır və Xankəndinin də adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirilməsində xüsusi rolu olan daşnak-bolşevik Stepan Şaumyanın adı verilir. Lakin İkinci Qarabağ savaşından sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 7 iyul 2021-ci ildə DQMV ləğv edilib və Xankəndinin də tarixi adı bərpa edilib.  Odur ki, biz Rusiyanın yüksəkrütbəli rəsmilərinin belə açıqlamaları  xoş niyyətdən xəbər vermir. Erməni diasporunun əlində oyuncaq olmaqla bu şəxslər bölgədə gərginliyin yaranmasına xidmət etməklə, Rusiya-Azərbaycan münasibətlərinə ziyan vururlar.  Bundan qazanan tərəf Rusiya deyil.  Amma onlar unudur ki, bu cür metodlarla Azərbaycana təzyiq etmək və nəyisə diktə etmək mümkün deyil. Əksinə, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində Rusiya tərəfi geri çəkilmək məcburiyyətinə qalıb və qalacaq. Azərbaycanın mövqeyi nəticəsində TASS-ın təxribat xarakterli yazısına etdiyi dəyişikliklər də bunun bariz nümunəsidir”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri