Icma.az
close
up
RU
Zatulin yenə həddini aşdı: Rusiyaya nota verilməlidir

Zatulin yenə həddini aşdı: Rusiyaya nota verilməlidir

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. 

O, Ermənistanın “NEWS.am” saytına müsahibəsində ölkəmiz əleyhinə absurd ifadələr işlədib: 

"Macarıstanda erməni zabiti Qurgen Marqaryan da öldürülmüşdü. Ramil Səfərov bundan sonra Azərbaycanın Milli Qəhrəmanı oldu. Azərbaycanda cəmiyyətdə rusofobiya yaranıb, bizim Rus Evimizin fəaliyyəti də qadağan edilib". 

Zatulin skandal sözlərini belə yekunlaşdırıb: 

"Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir”. 

Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə Azərbaycanı hədələməyə çalışır və ölkəmiz əleyhində cəfəng fikirlər səsləndirir.

Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil. Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Zatulin həmişə anti-Azərbaycan ritorikasından çıxış edib: 

"O, daim Rusiyada erməni lobbisinin pulları ilə ölkəmiz əleyhinə siyasət aparıb. Lakin nə qədər qəribə də olsa, Rusiya tərəfi Konstantin Zatulini MDB işləri üzrə komitəsi sədrinin birinci müavini təyin edib. Halbuki o, Azərbaycanla yanaşı, digər müsəlman ölkələrinə qarşı da eyni ritorikadan çıxış edir. Qazaxıstan da bu şəxsin fəaliyyətin narazıdır". Ekspert qeyd edib ki, Kreml  müsəlman ölkələrinə qarşı aqressiv mövqe sərgiləyən siyasətçiləri qabağa çəkir: 

"Hesab edirəm ki, Zatulinin mövqeyi rəsmi Moskvanın mövqeyi kimi dəyərləndirilməlidir. Çünki bu adam rəsmi şəxsdir və birbaşa Kremlin ruporudur. Zatulin Rusiyanın imperialist siyasətini dəstəkləyən şəxslərdən biridir". 

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Konstantin Zatulinə görə Rusiyaya nota verməlidir: 

"Eyni zamanda, onu MDB işləri üzrə komitəsi sədrinin birinci müavini vəzifəsindən çıxarmaq lazımdır. Çünki Zatulin təxribatçı fikirlər söyləməklə MDB ölkələri arasında Rusiyaya olan etimadı ciddi şəkildə zəiflədir. Zatulinin vəzifəsindən azad edilməməsi Kremlin onun fikirlərində maraqlı olduğunu göstərir". 

Elmir Mustafa 
"Cebheinfo.az

Açar sözlər: Zatulin Rusiya Azərbaycan Məhəmməd Əsədullazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri