Zaur Axundov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən ayrılıb: ÜMUMİ QƏRARLAR
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.
Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib.
Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.
AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.
Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.
II Liqada X tura yekun vurulub Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq Emin Cəfərov UEFA-dan təyinat alıb Gəncə klubu liqadan kənarlaşdırılıb “Karvan-Yevlax” 10200 manat ziyana düşüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Noyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















