Zaur Axundov “Bəhramov”da ev dustağı olduğu deyilirdi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Hazırda davam edən “Qarabağ” - “Araz-Naxçıvan” oyununda bir məqam gözümdən qaçmadı.
“Football-plus.az” xəbər verir ki, oyunu izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının prezidenti, Naxçıvan klubunun qeyri-rəsmu sahibi Zaur Axundov da var.
Halbuki Zaur Axundov ötən ay Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.
Zaur bəyin “Araz-Naxçıvan” futbol klubunun prezident olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadı.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:163
Bu xəbər 08 Mart 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















