Icma.az
close
up
RU
Zaur Axundov futzalın qara gününü niyə ört basdır edir?! YAZI

Zaur Axundov futzalın qara gününü niyə ört basdır edir?! YAZI

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov “Qol.az” saytına müsahibədə bir çox mətləblərə toxunub. Onun “Araz-Naxçıvan”ın taleyi ilə bağlı dedikləri öz yerində. Burda da əlavə suallar yaradan məsələlər var ki, zamanla hər şeyə aydınlıq gələcəyini təxmin edirik. Lakin futzalın durumuyla bağlı sözləri heç də həqiqətəuyğun olmadı:

“Hazırda futzalda ciddi problem yoxdu. Yeni dövr başlayıb. Baş məşqçi Yevgeni Kukseviç cavanlardan ibarət komanda formalaşdırıb. Biz onun üçün şərait yaratmışıq. Bu yaxınlarda komanda Gürcüstanda, Qazaxıstanda toplanışda oldu. Uduzsalar da, oyunçular təcrübə qazanırlar. Yəni futzalda iş gedir”.


Zaur bəyin də dediyi kimi, milli toplanışlar çərçivəsində keçirdiyi 4 matçın hamısında uduzdu. Amma “ciddi problem yoxdu” demək ayıbların üzərini pərdə ilə örtməkdən başqa şey deyil. Ona görə ki, futzalda həddən artıq ciddi problemlər var. Mövsümün əvvəlindən bəri yüksək liqada çıxış edən “Lənkəran” maliyyə problemləri üzündən fəaliyyətini dayandırdı. “Şuşa” da həmin səbəbdən bir oyunda meydana çıxmadı. Təbii ki, bu problemi aradan qaldırmaq birbaşa federasiyanını öhdəliyi deyil. Ancaq günahkarlardan biri də federasiyadı. Ona görə ki, qurum söz verilən məbləği vaxtında klublara ödəmədi. Yerli futzalçıların əksəriyyəti məhz adı çəkilən komandalarda çıxış edir. Bəli, “Araz-Naxçıvan”, “Neftçi” və “Baku Fire”ın da yerli oyunçuları var. Ancaq onların sayı güclü milli komanda formalaşdırmaq üçün yetərli deyil.
Ümumiyyətlə, futzalımız uçuruma doğru gedir. Son dövrlərdə nə yüksək liqada çıxış edən komandalardan, nə də millilərdən “dişə vurulası” uğur görməmişik. Çoxu maliyyə çatışmazlığından, azarkeş marağının olmamasından, yeniyetmələrin bu sahəyə yaxın düşmək istəməməsindən gileylənir. İş o həddə çatıb ki, bu idman növü UEFA və FİFA tərəfindən tanınmayan, həvəskar status daşıyan minifutbola uduzur.
Doğruları danışaq, Zaur bəy...
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri