Zaur Axundov: Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin AÇ-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirdiyi oyunu dəyərləndirərkən deyib.
O, zamanla nəticələrin daha yaxşı olacağını söyləyib:
“Bilirsiniz ki, millimiz yenidən formalaşdırılır, heyətdə təcrübəlilərlə yanaşı, kifayət qədər gənc futzalçılar da var. Bakıda olmadığıma görə oyunu televiziya vasitəsilə izlədim. Uşaqlar normal oynadılar. Qələbə qazanmaq mümkün idi. Amma əsas odur ki, məğlub olmadıq. Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq".
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə bitib.
Baxış sayı:80
Bu xəbər 19 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















