Icma.az
close
up
RU
Zaur ilk dəfə evlilik təklifi edəndə bizdə alınmamışdı

Zaur ilk dəfə evlilik təklifi edəndə bizdə alınmamışdı

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva "ASAN TV"nin qonağı olublar.

Axşam.az xəbər verir ki, artıq 14 ildir evli olan cütlük ailə qala bilməyin sirrlərindən danışıblar. Günay Zaurla tanış olmasından söhbət açıb:

"O vaxt xəstəxanaya getmişdim. Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz, sizin üçün qurban kəsəcəyik. Həmin anda əsəbiləşdim ki, mən nə üçün gəlmişəm, insanlar mənə nə deyir.

Hər şey ATV kanalında başladı. Mən müsabiqədən keçdim və məni Zaura tapşırdılar. Sınaq çəkilişi etdik. Tanışlığımız belə oldu. "Bizim səhər", "Onun yarısı" və digər verilişlərdə birgə çalışdıq. O gün bir şərh oxudum ki, yazmışdılar, "Deyəsən, "Onun yarısı" verilişində ancaq Zaurla Günay xoşbəxt olmağı bacardı. Bu, belə deyil. Bu cür ailələr çoxdur".

Zaur xanımının qısqanc olduğunu açıqlayıb:

"Artıq 14 il olacaq ki, ailəliyik. Ailə olmasa, dünya dağılar. Hər şey ailənin üzərində qurulub. Günayın qısqanclığı var. Mənim də var. Amma yersiz, xəstəlik formasında deyil. Günay qısqanclıqlarına yaxşı bəraət qazandırmağı bacarır. Bilir ki, haradan yanaşsa, qısqanclığı görünməz. Onun emosiyalarını qısqanclıq yox, ağıllı tədbir kimi görürəm".

Xanımı Zaurla gec ailə qurmasından peşman olduğunu etiraf edib:

"Ailə təhlükəsiz bir liman, sığınacaq, qarşılıqlı hörmət və sevgidir. Çox sevinirəm ki, mənim həyat yoldaşım Zaurdur. İstənilən mövzunu ona danışıram və onun məsləhətlərinə güvənirəm. Mən sevmirəm nəyinsə üstünü ört-basdır edim. Çünki yığılır-yığılır, ailə ailə olmur. Qoy elə onun da başı ağrısın. Ailə quranda Zaurun 31, mənim isə 26 yaşım var idi. İndi düşünürəm ki, kaş daha tez ailə qurardıq, uşaqlarımız bir az böyük olardı. Amma bəzən Zaura deyirəm ki, bəlkə də tez evlənsəydik, ailə olmazdıq. Çünki evliliyimizdən bir neçə il əvvəl Zaur mənə evlilik təklifi etmişdi və bizdə alınmamışdı".

Gülay məclislərdə az iştirak etdiklərini söyləyib:

"Nə qədər televiziya adamı olsaq da, bizi çox məclisdə görməzsiniz. Nadir hallarda qısa müddət ərzində gedib gələrik".

Zaur möhkəm ailənin sirrini səbirli olmaqda gördüyünü ifadə edib:

"Ailəli insan çox səbirli olmalıdır. Yersiz emosionallıq faciəyə gətirib çıxara bilər. Amma dərindən nəfəs alıb səbir etmək, susmaq bunun qarşısını ala bilər".

Günay uzun və xoşbəxt ailənin qarşılıqlı hörmətdən yarandığını dilə gətirib:

"Əgər bir bəy sizi sevirsə, ailənin müdaxilələrinə baxmayaraq sizi seçəcək. Yox, əgər sizi seçmirsə, demək ki, sizi sevmir. Ailənizə olan münasibətə diqqət edin. Əgər ilk günlərdə, hətta nişanlılıq vaxtında da kiçik bir narahatlıq, hörmətsizlik gördünüzsə, o insandan uzaqlaşın".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri