Icma.az
close
up
RU
Zaur Mikayılov: “Azərbaycan Xəzərin duzsuzlaşdırılmasına sərmayə qoymaqla su təchizatını yaxşılaşdıra bilər”

Zaur Mikayılov: “Azərbaycan Xəzərin duzsuzlaşdırılmasına sərmayə qoymaqla su təchizatını yaxşılaşdıra bilər”

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Davamlı su ehtiyatlarının idarə edilməsində innovativ yanaşmalar" mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir: “İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır. Əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir. “Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır. Bu reallıqlar sudan istifadənin səmərəliliyini artıran və davamlılığı gücləndirən innovativ, uyğunlaşa bilən həllərin aktuallığını vurğulayır”.

Agentlik rəhbəri qeyd edib ki, bu çağırışlara cavab olaraq Azərbaycan su idarəçiliyində innovativ yanaşmaları qəbul edib: “Ölkədə adambaşına illik su ehtiyatı 3 253 kubmetr olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1 051 kubmetr düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər”.

Z.Mikayıov bildirib ki, həmçinin, Azərbaycanda, əkinlərə birbaşa lazımi miqdarda su çatdıran və bununla, israfı minimuma endirən damcı və pivot sistemlər kimi qabaqcıl suvarma üsulları tətbiq olunur: “Müxtəlif sektorlarda biz lazımsız su itkisinin qarşısını almaq məqsədi ilə ağıllı ölçmə və sızma aşkarlanması da daxil olmaqla suya qənaət edən texnologiyalardan istifadə edirik. Bu vahid yanaşma dayanıqlı su ehtiyatlarının idarə edilməsini dəstəkləyir, karbon emissiyalarını azaldır və istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğundur. Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir. Tərəfdaşlıq, bilik mübadiləsi və birgə səylər nəticəsində biz xüsusilə inkişaf etməkdə olan ölkələrdə innovativ su idarəçiliyi təcrübələrini inkişaf etdirə, tənzimləyici bazaları gücləndirə və potensial yarada bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 16 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see140

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see138

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see134

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see133

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see131

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see130

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see127

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see125

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see124

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see123

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see123

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see120

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see119

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see117

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see117

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see116

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see114

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri