Zaur Mikayılov: Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri mümkün olacaq
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normal istifadə edə bilərlər. Suyun insanların xeyrinə istifadə oluna biləcək miqdarı çox azdır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.
O bildirib ki, su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq:
"Əhalinin sayı artıb. Suya olan tələbat həddindən artıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də su qıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfi effektini göstərir".
Məhərrəm Əliyev
Baxış sayı:86
Bu xəbər 11 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















