Icma.az
close
up
RU
Zaur Ramazanov: “Neftçi”yə layiq olmayan bəzi futbolçuları komandada görürük” MÜSAHİBƏ

Zaur Ramazanov: “Neftçi”yə layiq olmayan bəzi futbolçuları komandada görürük” MÜSAHİBƏ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasının XXV turunu necə dəyərləndirirsiniz?

- Düzü, turun bütün qarşılaşmalarını izləməmişəm. Ancaq turun son - “Kəpəz” - “Neftçi” matçı haqqında deyə bilərəm ki, ev sahibləri çox yaxşı oynadılar. “Ağ-qaralar” bir qədər yorğun görünürdü, üstəlik, müdafiədə kobud səhvlərə yol verirdilər. “Kəpəz” isə əksinə stabil oyun nümayiş etdirdi.

- Ümumilikdə son oyunlara baxsaq və Gəncədəki 0:1 hesablı məğlubiyyəti nəzərə almasaq, “Neftçi”nın toparlandığını deyə bilərik?

- Bunun üçün zaman lazımdır. Ola bilər ki, bir çox oyunçuları dəyişilsin. Çünki hazırda “Neftçi”yə layiq olmayan bəzi futbolçuları komandada görürük. Amma ad çəkməyəcəm. Çəksəm də, nəsə dəyişməyəcək.

- Sizcə, bu mövsüm Premyer Liqanı tərk edən hansı komanda olacaq?

- Dəqiq nəsə demək çətindir. Ancaq görünən odur ki, “Səbail” buna çox yaxındır.

- Bu turda sizi müsbət mənada təəccübləndirən hansı komanda oldu?

- Son dövrlərdə “Zirə” fərqlənməyi bacarır. Komanda əvvəlkindən fərqli oynayır. Əvvəllər müdafiə futboluna üstünlük verirdisə, indi daha çox hücumameylli oyun nümayiş etdirir. Komandanın inkişafı göz önündədir.

- Bəs Premyer Liqada XXV turdan sonrakı durumu necə şərh edərdiz?

- Əgər “Qarabağ” 15-20 xallıq fərqlə birinci olursa, çempionatın durumu haqqında özünüz fikirləşin. Düzdür, bu, dünənin, bu günün işi deyil, onlar bu pilləyə qalxmaq üçün illərlə vaxt sərf ediblər. Ancaq rəqabət olmayanda çempionat da gözdən düşür. Bəlkə də legioner limitinin ləğvindən sonra vəziyyət müəyyən qədər dəyişər.

- Belə çıxır ki, siz legioner limitinin ləğvini müsbət addım kimi dəyərləndirirsiniz?

- Oynamağı bacaran yerli futbolçu üçün bunun bir fərqi yoxdur. Ümumilikdə götürəndə isə ola bilər ki, legioner sayının çoxluğu çempionatın səviyyəsini artırsın. Fikrimcə, birinci dəstədə rəqabət artacaq. Ancaq cavan futbolçularımız çətinlik çəkəcək. İstənilən halda, daha dəqiqini zaman göstərəcək.

- Sizcə, hazırda çempionatımızın əsas problemi nədir?

- Sponsor. Yaxşı sponsorlar olarsa, rəqabət də güclü olacaq.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri