Icma.az
close
up
RU
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu VİDEO

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu VİDEO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Sosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən “Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik” deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığını bildirib. Bu fikirləri bəziləri dəstəkləsə də, bəziləri tənqidlə qarşılayıb.

Maraqlıdır ki, ailə psixologiyasına əsasən, cütlüklərin müəyyən müddət fərdi vaxt keçirməsi, şəxsi məkanının qorunması münasibətlərin sağlam qalması üçün faydalı hesab olunur. Hətta bəzi ölkələrdə “evlilik fasiləsi” (marital break və ya trial separation) hüquqi mexanizm kimi mövcuddur.

Aparıcı fikirlərində haqlıdırmı? Ər-arvadın hər an birlikdə olması münasibəti gücləndirir, yoxsa zəiflədir? Avropa ölkələrində tətbiq olunan “evlilik fasiləsi” kimi yanaşmalar bizdə də tətbiq edilməlidirmi?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bu, ailədən ailəyə dəyişən məsələdir deyib.

“Yəni hər ailə üçün eyni resept yoxdur. Doğrudur, “uzaqlıq sevgini artırır” kimi məşhur bir ifadə var və bəzi hallarda bu, həqiqətən də özünü doğrulda bilər. Ancaq bu, uzunmüddətli ayrılığa aid deyil. Məsələn, bir və ya iki aylıq fasilələr əksinə, münasibətlərə mənfi təsir göstərə, emosional yaxınlığı zəiflədə bilər. Amma situativ hallarda, tərəflərin qarşılıqlı razılığı əsasında qısa müddətli ayrılıq faydalı ola bilər. Bəzən insanlar uzun müddət fasiləsiz bir yerdə olduqları üçün yorğunluq və monotonluq hiss edə bilirlər. Belə hallarda bir-iki günlük qısa fasilə hər iki tərəfin bir-birinin dəyərini daha yaxşı hiss etməsinə kömək edə bilər. Bu, həm də münasibətlərə müəyyən mənada müsbət təsir göstərən psixoloji bir eksperimentdir. Həyatda bunun nümunələrini də görürük. Məsələn, həyat yoldaşlarından biri qısa müddətə ata evinə, ezamiyyətə və ya səfərə gedir. Bir-iki həftədən sonra geri qayıdanda münasibətlərdə yenidən istilik və yaxınlığın artdığı müşahidə olunur. Çünki insanlar bir-birinin yoxluğunu hiss edir və birlikdə olmağın dəyərini daha yaxşı anlayırlar”.

Sosioloq bildirib ki, bu məsələyə Azərbaycanın ailə dəyərləri və mədəni ənənələri prizmasından yanaşmaq lazımdır:

“Qərb ölkələrində tətbiq olunan bəzi modelləri olduğu kimi bizim cəmiyyətə gətirmək düzgün olmaz. Bizim ailə modelimiz fərqlidir. Ancaq qarşılıqlı razılıq əsasında, məsələn, xanımın bir neçə gün valideynlərinin evində qalması və ya tərəflərin qısa müddətlik fərdi vaxt ayırması münasibətlərə müsbət təsir göstərə bilər. Əsas məsələ ayrılığın özü yox, həmin müddətin tərəflərə bir-birinin dəyərini yenidən hiss etdirməsidir. Bu baxımdan belə qısa fasilələr bəzi ailələr üçün faydalı bir təcrübə ola bilər”.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Avqust 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri