Zaxarova ABŞ istehsalı raket sistemlərinin Norveçdə yerləşdirilməsini şərh edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Amerika istehsalı yerüstü orta mənzilli raket sistemlərinin Norveçdə yerləşdirilməsini NATO-nun bir sıra yüksək dərəcədə qeyri-sabitləşdirici hərəkətlərinin bir addımı kimi görür.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Norveçin Rusiya sərhədi yaxınlığında 40 km-ə qədər atəş məsafəsinə malik dörd K9 özüyeriyən haubitsadan ibarət artilleriya batalyonu yerləşdirməsinə münasibət bildirən Rusiya XİN sözçüsü bu sistemlərin yerləşdirilməsinin alyansın Rusiya ərazisinin dərinliyinə zərbə endirmək və regionun dəniz arteriyaları üzərində nəzarəti bərqərar etmək qabiliyyətini inkişaf etdirmək niyyətini nümayiş etdirdiyini deyib.
Zaxarova vurğulayıb ki, MK-41 bazalı sistemlər NATO-ya Moskva da daxil olmaqla, Rusiyanın Avropa ərazisinin əhəmiyyətli bir hissəsini vurmağa imkan verən uzun mənzilli raketlər atmağa qadirdir.
"Bu baxımdan, Vaşinqton və Osloda bu sistemləri Norveçdə yerləşdirmək qərarı verənlər üçün Rusiyanın cavab tədbirlərinin bir hissəsi olaraq, Amerika sistemlərinin yerləşdirilməsi və komandanlıq yerlərinin, eləcə də onları dəstəkləyən infrastrukturun Rusiyanın strateji çəkindirici qüvvələri tərəfindən xüsusi diqqət mövzusuna çevrilməsi təəccüblü olmamalıdır", - Rusiya XİN sözçüsü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















