Zaxarova: Ermənistan Aİ yə üzvlüyün mümkün nəticələrini anlamalı və əhalinin fikrini öyrənməlidir
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan başa düşməlidir ki, Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qarşılıqlı əlaqələrin qurulduğu tarif və normativ-hüquqi bazalar bir-birini istisna edən xarakterə malikdir.
“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Məsələ siyasi meyllilikdə deyil, Aİ və Aİİ-də qarşılıqlı əlaqələrin qurulmasının əsasını təşkil edən bütün normativ-hüquqi bazaların və tarif sistemlərinin bir-birini istisna edən xarakterə malik olmasındadır", - o bildirib.
Diplomatın sözlərinə görə, bu problemi səsləndirməmək və gizlətmək mümkündür, lakin bu, artıq dezinformasiya olacaq.
"Söhbət Ermənistanın suveren seçimindən gedir, lakin bütün növbəti addımların nəticələrini izah etmək baxımından əsas məsuliyyəti ölkənin indiki hakimiyyəti daşıyır. Belə taleyüklü qərarlar qəbul ediləndə ictimai rəy sorğularını öyrənmək və hazırlıq işləri görmək, dürüst olmaq lazımdır", - M.Zaxarova bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















