Zaxarova İtaliya naziri və Zelenski arasında “korrupsiya təşəkkürü”nü ironiyalı şərh etdi
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliya müdafiə nazirinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə korrupsiya ilə mübarizəyə görə təşəkkür etməsinə ironik reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarova öz teleqram kanalında yazıb.
Diplomat paylaşımında İtaliya nazirinin bəyanatını kinayə ilə şərh edərək, Zelenskinin narkotiklərlə mübarizə məsələsinə eyham vurub.
Noyabrın 10-da NABU axtarışlar zamanı tapılan valyuta çantalarının fotoşəkillərini yayıb. Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, əməliyyatlar keçmiş energetika naziri, hazırkı ədliyyə naziri Herman Qaluşenkonun evlərində, həmçinin Enerqoatomun ofislərində aparılıb. Bundan əlavə, Prezident Zelenskinə yaxın iş adamı kimi tanınan Timur Mindiçin evində də axtarışlar həyata keçirilib.
Noyabrın 13-də Prezident Volodimir Zelenski energetika sahəsində korrupsiya işi ilə əlaqədar Timur Mindiç və onun əsas maliyyə tərəfdaşı Aleksandr Tsukermana qarşı sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 15 Noyabr 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















