Zaxarova: Rusiya nümayəndə heyəti atəşkəs təklifləri ilə İstanbula gedəcək
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhinə görə, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Ukrayna ilə birbaşa danışıqların ikinci raundu üçün iyunun 2-də İstanbula gələcək.
Turkustan.az xəbər verir ki, Zaxarova aşağıdakı açıqlamanı verib:
"Biz təsdiq edirik ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti yuxarıda qeyd olunan danışıqların ikinci raundunu keçirmək üçün iyunun 2-də İstanbulda olacaq. O, memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gələcək"-deyə, diplomat bildirib.
Aytən Yaşar/ Turkustan.az

Peskov: Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gedir
30 May 2025 14:19
Ukrayna ilə sülh danışıqları: Rusiya nümayəndə heyəti İstanbula gəlib FOTO
02 İyun 2025 07:48
Zelenski təsdiqlədi Nümayəndə heyəti İstanbula gedir
01 İyun 2025 17:06
Rusiya heyəti İstanbula hazır sənədlə gedir
30 May 2025 17:23
Kreml İstanbula gedəcək nümayəndə heyətinin tərkibini gizli saxlayır
14 May 2025 14:31

