Zaxarova Yunanıstanın Ermənistana S300 satacağı xəbərlərinə münasibət bildirib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yunanıstan mətbuatında Afinanın İrəvanı Rusiyanın S-300-ləri və daha iki silah sistemi ilə təmin etmək planları ilə bağlı yayılan məlumatları şərh edib.
Yeniavaz.com xəbər verir ki, Zaxarova Rusiyanın razılığı olmadan hərbi texnikanın təkrar ixracının qadağan edildiyini bildirib.
“Həqiqətən də, biz bu mesajlarla tanış olduq və bununla bağlı 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlığa və hərbi məhsulların tədarükünə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl olunmasının zəruriliyini xatırlatmaq istərdik. Onlar birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edirlər. Amma hazırda Yunanıstan tərəfdən bizə heç bir müraciət daxil olmayıb”, - deyə Zaxarova bildirib.
Bu mövzuda digər xəbərlər:Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsinə münasibət bildirib
27 Noyabr 2024 18:43
Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil
27 Noyabr 2024 19:25
Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsini şərh edib
27 Noyabr 2024 18:39
Baxış sayı:85
Bu xəbər 28 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















