Icma.az
close
up
RU
​ZAXAROVADAN ABSURD TƏHDİD Rusiya XİN sözçüsü Bakıya eyham vurur?

​ZAXAROVADAN ABSURD TƏHDİD Rusiya XİN sözçüsü Bakıya eyham vurur?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Cəmiyyətimiz Ukraynadakı neonasist rejimi ilə, xüsusən də tərəfdaşlarımız və müttəfiqlərimiz tərəfindən edilən hər hansı bir yaxınlaşmanı qəti şəkildə rədd edir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu, həm dövlət qurumlarının, həm də rus cəmiyyətinin mövqeyidir…

Zaxarova bu açıqlamanı Volodimir Zelenskinin Ukrayna üçün Azərbaycan və Ermənistanla münasibətlərin vacibliyi barədə son fikirlərinə münasibət bildirərkən verib. Zelenski deyib ki, Ukrayna özünün Rusiya işğalına qarşı mübarizəsi ilə digər postsovet ölkələrinin də müstəqilliyinə töhfə verir. O, həmçinin Azərbaycanla münasibətlərin gücləndirilməsinin zəruriliyindən danışıb və "uzun müddətdən sonra" Ermənistanla əlaqələrin bərpasını vurğulayıb.

Zaxarova Zelenskinin bu fikirlərinin Kremldə qıcıq yaratdığını gizlətməyib. Üstəlik, bu qanlı müharibəni məhz Rusiyanın başlatdığını “unudaraq”, Ukraynanı Rusiya infrastrukturuna hava hücumlarına görə ittiham edib və digər dövlətlərin də buna görə Kiyevi qınamalı olduğunu bildirib: "Bizim Kiyev rejimininin neonasist mahiyyətini anlayan və onun terror hücumlarının hədəfi olan vətəndaşlarımız sual verirlər: bəs müttəfiq, tərəfdaş, dost olan ölkələrin rəsmi nümayəndələri, dövlət qulluqçuları və siyasi xadimlər necə olsun, onlar bütün bunları görmürlərmi?"

Əlbəttə ki, Azərbaycan başda olmaqla, Rusiyanın qonşuları hər şeyi yaxşı görürlər. Görürlər ki, bu işğalçılıq müharibəsini kim başlayıb, işğalçı və işğala məruz qalan tərəf kimdir, dinc şəhərləri, mülki əhalini bombalamağı, qışın ortasında insanları işıqsız, istiliksiz qoymaq üçün elektrik stansiyalarını, şəbəkələri, enerji infrastrukturunu məhv etməyə əvvəlcədən kim çalışıb və çalışmaqda davam edir. Onu da görür və bilirlər ki, Ukrayna işğala və amansız hücumlara məruz qalan ölkə kimi adekvat cavab haqqına malikdir…

Zaxarovanın siyasi manipulyasiyası bununla bitməyib. O, Rusiyaya qonşu və “dost” ölkələrin rəsmilərinin Ukraynaya səfər etməsini də açıq şəkildə pisləyib: “Əlbəttə ki, biz Kiyevə səfərləri və ölkəmizdə hər gün mülki hədəfləri atəşə tutan, rus mülki şəxsləri öldürən neonasist terrorçu liderlərlə qardaşlığı pisləyirik. Yeri gəlmişkən, Sovet İttifaqının bütün respublikalarından, bütün millətlərdən olan milyonlarla Sovet vətəndaşı məhz həmin Hitler Almaniyası üzərində qələbə üçün canlarını fəda ediblər”.

Göründüyü kimi, keçmiş SSRİ xalqlarının nümayəndələrinin Hitler Almaniyası üzərində qələbədə verdiyi qurbanlar Kremlin yadına yalnız özünə sərf edəndə düşür. Ancaq Zaxarova müasir Rusiyada həmin xalqların nümayəndələrinə qarşı ayrıseçkilik, yuxarıdan aşağı münasibət, hətta repressiyalar səviyyəsinə çatan rəsmi siyasət və hüquq-mühafizə orqanlarının özbaşınalıqları(Ötən il Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi və həmvətənlərimizə qarşı kütləvi repressiyaları yada salmaq kifayətdir-red.) barədə əlbəttə ki, danışmaq istəmir…

Ardınca Zaxarova bir qədər də uzağa gedərək, müstəqil ölkələrin xarici siyasətinə açıq müdaxilə edir, onlara kiminlə münasibət qurub-qurmamaq barədə göstəriş verməyə çalışır: “Ukrayna xuntasının nümayəndələrini qəbul etməyin, onlarla birlikdə siyasiləşdirilmiş qondarma görüşlərdə iştirak etməyin və hətta Rusiyaya qarşı təhdidlər səsləndirmək üçün onlara platforma təqdim etməyin nəyə lazım olduğunu anlamaq olmur… Biz bunları görməzdən gəlməyəcəyik. Onlar özlərinə hesabat verməli və belə hərəkətlərin, o cümlədən ölkəmizlə münasibətlər kontekstində yarada biləcəyi risklərdən tam xəbərdar olmalıdırlar”.

Göründüyü kimi, Zaxarova Ukrayna ilə əlaqələr quran, qarşılıqlı səfərlər edən qonşu ölkələri açıq şəkildə təhdid edir. Bütün bunlar onun tərəfindən Zelenskinin Azərbaycan və Ermənistanla əlaqələr barədə dediklərinin kontekstində səsləndirilir. Deməli, bu açıqlamanın kimləri hədəf aldığı da aydındır…

Ancaq çoxdan diplomatlıqdan çıxaraq primitiv təbliğatçıya çevrilən Zaxarova, onun şefi Segey Lavrov və onların təmsil etdiyi Kreml qüllələri istəsə də, istəməsə də qəbul etməlidir ki, Azərbaycan müstəqil, suveren ölkədir, öz xarici siyasətini, kiminlə necə münasibət qurmalı olduğunu da özü müəyyən edir! Azərbaycan Prezidentinin Rusiya Prezidentini qəbul etdiyi kimi, ərazi bütövlüyünü və suverenliyini tanıdığı Ukraynanın başçısını da ölkəmizdə qəbul etməsi tamamilə normaldır və Azərbaycanın doğal haqqıdır!

Azərbaycan XİN başçısının Moskvaya səfər etdiyi kimi, Kiyevə, Ankaraya, Vaşinqtona və s. paytaxtlara səfər etməsi də Bakıda müəyyən edilir, Moskvada, yaxud başqa mərkəzlərdə yox! Zaxarovalar, lavrovlar, zatulinlər, solovyovlar və s. bütün bunları nə qədər tez anlayıb qəbul etsələr, bir o qədər yaxşıdır. Çünki ölkələrimiz arasında imzalanmış rəsmi anlaşamalara riayət olunması, normal, bərabər hüquqlu qonşuluq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün bu adi həqiqətləri qəbul etmək əsas şərtdir!

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri