Icma.az
close
up
RU
Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 iyul, AZƏRTAC

Amerikalı bioloqlar balıqlarda ətraf mühitdəki titrəyişləri hiss etməyə imkan verən yan xətt orqanında yeni hüceyrələrin yaranma prosesini idarə edən genləri üzə çıxarıblar. Qeyd olunub ki, bu orqan insan və məməlilərdə daxili qulağı formalaşdıran eyni embrion hüceyrələrdən yaranır. Alimlər hesab edirlər ki, bu kəşf eşitmə qabiliyyətinin bərpasına yönəlmiş terapiyaların hazırlanmasını sürətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Stauers” Tibb Araşdırmaları İnstitutunun (SIMR) mətbuat xidməti məlumat yayıb.

"Balıq növü olan zebra balıqlarında bu hüceyrələrin necə bərpa olunduğunu öyrənmək bizə insanlar və məməlilərdə daxili qulaqda bu prosesin baş vermədiyinin səbəbini izah edəcək. Bu, gələcəkdə insanların eşitmə orqanında həmin prosesi işə salmaq imkanlarını araşdırmaq üçün çox vacibdir", – deyə SIMR professor Tatyana Piotrovskinin sözlərini sitat gətirir.

Alimlərin izahına görə, insanlar və məməlilərin eşitmə orqanında çoxlu sayda xüsusi reseptor – tük hüceyrələri mövcuddur. Bu hüceyrələr daxili qulaq mayesindəki mexaniki titrəyişləri beyin tərəfindən anlaşılan elektrik impulslarına çevirir. Tük hüceyrələri zəhərlənmə, yüksək səs və ya digər səbəblərdən kütləvi şəkildə məhv ola bilər ki, bu da karlaşma və eşitmə zəifliyinə gətirib çıxarır.

Lakin bir çox balıq, amfibiya və quş növlərində bu tük hüceyrələri zədələndikdən sonra yenidən bərpa olunur. Bu mexanizmi araşdırmaq üçün alimlər şəffaf bədən quruluşuna malik zebra balıqlarının balalarında təcrübələr aparıblar ki, bu da tük hüceyrələrinin bərpa prosesini vizual izləməyə imkan verib.

Tədqiqatçılar balıqlarda tük hüceyrələrini antibiotik olan neomisinlə məhv etdikdən sonra növbəti günlərdə yan xətt orqanının necə bərpa olunduğunu müşahidə ediblər. Nəticələr göstərib ki, bu reseptorların yenidən yaranmasında aktiv gen dəstlərinə görə fərqlənən iki müxtəlif kök hüceyrə qrupu iştirak edir.

Alimlər müəyyən ediblər ki, hüceyrələrin böyümə və çoxalmasında əsas rolu ccnd2a və ccndx adlı iki oxşar gen oynayır. Sonuncu gen (ccndx) kök hüceyrələrinin tük hüceyrələrinin “əmələ gələcək ilkin formalarına” çevrilməsini idarə edir, birincisi isə (ccnd2a) kök hüceyrələrinin bölünmə prosesini başladır. Bu genlərin zədələnməsi yan xətt orqanının bərpasında ciddi problemlər yaradır ki, bu da alimlərin fikrincə, həmin genlərin insan hüceyrələrində də fəaliyyətini araşdırmaqla tük hüceyrələrinin bərpa olunmadığını anlamağa kömək edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri