Zədəli olduğu üçün Rumıniya klubuna transferi baş tutmadı
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeşin Rumıniyanın ÇFR klubuna transferi baş tutmayıb.
Sportal.az xəbər verir ki, buna səbəb mərakeşli vingerin zədəli olmasıdır. Bu barədə Kluj təmsilçisinin prezidenti Yoan Varqa açıqlama verib:
"Ziyeşin sol dizində problem var. Onunla müqavilə imzalamayacağıq. Zədə problemləri olan bir futbolçuya bu qədər pul verərək risk etmək istəmirəm".
Qeyd edək ki, Hakim Ziyeş bu ilin yanvar ayında "Qalatasaray"dan ayrıldıqdan sonra "Əl-Duhail"ə keçmişdi. 32 yaşlı futbolçu mövsümün sonunda Qətər klubundan ayrılıb.
saytlarin hazirlanmasi
Milanın hücumçusunun Almaniya klubuna transferi baş tutmadı
14 Yanvar 2025 18:02
“Turan Tovuz” Rumıniya klubuna uduzdu İdmanXəbər
09 Yanvar 2025 18:23
Azərbaycanlı futbolçunun Rumıniya klubuna keçidi alınmadı
14 İyul 2025 15:06
“Turan Tovuz” üçün Rumıniya klubu İdmanXəbər
01 Yanvar 2025 13:57
Fənərbaxçada növbəti ZƏDƏLİ
12 Noyabr 2024 09:32

