Zədəsi sağalan Kriştianu Ronaldu yaşıl meydanlara qayıdır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun məşhur hücumçusu Kriştianu Ronaldu bud əzələsindən aldığı zədəni tam sağaldıb.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano və "Marca" nəşri məlumat yayıb.
Portuqaliyalı ulduz futbolçu fevralın 28-də Səudiyyə Ərəbistanı çempionatında "Əl-Fayha" ilə matçda zədə alıb və görüşün sonunda meydanı tərk etmək məcburiyyətində qalıb.
Reabilitasiya kursunu keçmək üçün Ronaldu Madridə yollanıb, orada bərpa olunmaq üçün şəxsi fizioterapevtinin köməyindən faydalanıb.
Zədə səbəbindən futbolçu "Ən-Nəsr"in çempionatdakı bir neçə matçını buraxıb, həmçinin Portuqaliya millisinin Meksika və ABŞ ilə yoldaşlıq oyunlarının heyətinə düşməyib.
İndi 41 yaşlı forvard təkcə ərəb klubuna titul uğrunda mübarizədə kömək etməyə deyil, həm də ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak etməyə hazırdır. Portuqaliya millisi DÇ-2026-da Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya komandaları ilə birlikdə K qrupunda mübarizə aparacaq.
Cari mövsümdə Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 22 matçda 21 qol vurub. O, karyerası ərzində ümumilikdə 965 dəfə rəqib qapısına yol tapıb və 1000 qol vurmaq iddiasını davam etdirir.
Baxış sayı:187
Bu xəbər 03 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















