Icma.az
close
up
RU
Zəfər dastanımızı yazan şəhidlər

Zəfər dastanımızı yazan şəhidlər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Tariximizə Vətən müharibəsi kimi adı həkk olunan savaşda od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən vətənin mərd oğulları - Azərbaycan ordusu tariximizin şanlı səhifəsini yazdı. Zəfər tariximiz yaşandı. 44 günlük müharibədə od-alovu içində vuruşan oğullarımız böyük qürur və dəyanət, şücaət və əzmkarlıq nümayiş etdirdilər. Əlbəttə ki, müharibə böyük itki, təlafatdır. Xalqımız savaşı - bu tarixi yaşadı. Şəhidlərimiz də oldu, qazilərimiz də. Onları vətənə layiqli övlad kimi yetişdirən ANALARDIR. Dünyanın ən uca varlığı, müqqədəs, ülvi insanı olan ananın adının vətən ilə birgə çəkilməsi bu məfhumun həqiqətən də yaşadığımız həyatda müqayisə olunmaz məfhum olduğunu təsdiqləyir. Ana laylası ilə beşikdən boy atır, duaları ilə dünyamıza qədəm qoyuruq. Təmiz arzuların, müqəddəs hisslərin, uca arzuların ünvanı olan laylaların ilk səsindən daxili dünyamıza böyük duyğular, vətən, torpaq sevgisi hopur. "Göylər gurlamasın, sellər axmasın, küləklər əsməsin, şimşək çaxmasın, ana körpəsinə süd verən zaman". Bəli, anaya verilən dəyərdir, qiymətdir. Kimsə anaya toxunmasın, səsi ilə ananı dünyasından ayırmasın.

Gələcəyin vətənin keşiyində duran müsəlləh əsgərə beşik başından bu laylalar vasitəsi ilə vətəni qorumaq kimi müqəddəs bir hiss hopur. Çox keçmir ki, hər bir övlad ana borcunu verməyə, onun keşiyində durmağa çalışır. Hər ötən gündə saçına dən düşən analarımızın ağaran saçına qara tellər əkmək, onun üzünə salınan tale qırışlarına hamar yol salmaq üçün övlad düşünür. Bu yerda şair Məmməd Arazın misraları yada düşür: "Hərdən inanmıram ölüm haqq ola. Ana dəfn oluna, gözəl qocala".

Bir ananın duyğulu dünyası ilə böyüyən övladları bir gün Anasını, ana diyarını, ana Vətənini qorumaq üçün silaha sarılaraq odun-alovun içinə atılanda onun ən uca varlığının Anasının şəhid anası olaraq dünyanın ən yüksəkdə duran adının daşıyıcısı olacağını düşünmürdü. Həsrətlə yollara boylanan, yol gözləyən ananın qanı ilə torpaq suvarmış oğlunun bir gün üçrəgli bayrağa bükülmüş cənazəsinə qucaq açması bir ana böyüklüyü, bir ana qəhrəmanlığıdır. "Ana səbri böyükdür", - deyirlər. Onun sarı siminə toxunsaq, buradan onun daxili dünyasında süzülən nisgili, kədəri və təzadlı dünyada sevinci aşıb-daşan bir bulaq kimi ətrafı bürüyər.

SƏN VƏTƏNƏ ƏMANƏTSƏN, OĞUL!

Minbir əziyyətlə, gecəsini gündüzünə qatan analarımız vətənə oğul, düşmənə çəpər böyüdür. Gözünü qırpmadan belə, oğul, Vətən dardadır, sən vətənə əmanətsən - deyir, analar. Bu Azərbaycan anasının dilini ifadəsidir. Azərbaycan anası belə böyüklüyə sahibdir. Fərarilər böyütmür, ocağında vətənə oğul böyüdür. Əlbəttə ki, qəddi-qamətin hər zaman məğrur tutan və övladlarını vətənpərvər ruhda böyüdən analarımızın həyat hekayəsi bir örnəkdir, nümunədir.

Orda bir evimiz bizlərə həsrət,

Yurddan didərginik, qonağıq, - dedin.

Yönümüz dağlara, düzlərə həsrət,

Getməsək ölərik, qınağıq, - dedin.

Bəli, minlərlə analarımız bədiiləşmiş bir portretindən nəzmə çəkilən bu misralarda onların siması görünür. Yurd yerinə həsrət qalmış analar, ata-babalarının məzarını ziyarət etməyə həsrət analar var. Bu analar vətənə Mübarizləri, Poladları, İlqarları daha kimləri bəxş etmədi. Adları şəhidlik zivrəsində ucalan mərd, igid oğullarımız adlarını əməlləri ilə təsdiqlədilər.

Minlərlə oğullarımızın vətənin səsinə səs verməsi bu gün vətən həsrətində olan anaların öz yurd-yuvaların dönməsinə səbəb, 30 ilə qədər qubar bağlayan dərdlərə məlhəm oldular. Bu gün analar öz torpaqlarına yol alır və bu yolun mənzilinə.

BİR İNSAN ÖMRÜNÜN TƏRCÜMEYİ-HALINA YAZILACAQ VƏRƏQLƏRİN 34 İLLİK TARİXİ

Bu gün şəhid oğullarımızın biri haqqında söz açacağıq-Amil Hüseynov. Bir kənd, bir mahalda dünyaya göz açan Amili bu gün bütün Azərbaycan tanıyır. 1986-cı ildə dünyaya göz açan Amilin sən demə, 34 illik bir yolu var imiş. Bir insan ömrünün tərcümeyi-halına yazılacaq vərəqlərin 34 illik tarixini yaza bildi. Qalan illərinə canını fəda edən şəhidimiz sabahın, gələcəyin dastanında öz adını həkk edib ki, onun haqqında yazılacaq hər bir söz bu ömür yolunun yarımçıq qalmadığından xəbər verəcəkdir. Füzulinin Əhmədalılar kəndində anadan olan Amil Rasim oğlu Hüseynov 1986-cı ildə dünyaya gəlib. Hər zaman ürəyi Vətən sevgisi ilə döyünən Amil hələ uşaq yaşlarından hərbçi olmaq istəyib. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karate növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edib və yüksək nailiyyətlər qazanıb, respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb. Amilin hərbi xidmətə olan marağı, Vətənə sevgisi onu öz arzusunun ardınca aparıb. 2004-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Kəşfiyyatçımız 9 il vətənə misilsiz xidmət göstərib. 2010-cu ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra Milli Ordumuzun sıralarında kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı təlim kursu keçib.

Vətən müharibəsinin iştirakçısı olan Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə böyük şücaət və igidlik göstərib. Amil Hüseynov beş il əvvəl oktyabrın 10-da Füzulidə şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib.

Şəhid Amil ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib. Şəhidin atası Rasim Hüseynov neçə-neçə şəhid atası kimi başını dik tutub, oğlu ilə fəxr edir. Oğlu Zəfərimizin yazılmasında rolu olan oğullardandır. "Şükür ki, torpaqlarımız azad olundu. Şəhidlərin qanı yerdə qalmadı" – deyir ata. Vətən üçün bundan fəxarətli nə ola bilər ki.

ONDAN TƏK XATİRƏ UĞRUNDA CANINDAN KEÇDİYİ BAYRAQDIR

Təzəcə ailə həyatı qurmuş Amilin həyat yoldaşına ona Vətənin rəmzi olan üçrəncli bayraq qalıb. Həyat yoldaşı Xalisə Məmmədova verdiyi müsahibələrin birində deyir: "Bizim ailə həyatımız çox qısa çəkdi. Yenicə ailə qurmuşduq. Ancaq mən fəxr edirəm ki, bu cür şərəfli yolda şəhid olmuş insanın həyat yoldaşıyam. Amil həqiqətən fəxr ediləsi bir həyat yoldaşı, insan idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Düzdür, ondan mənə bir nişanə qalmasa da, tək təsəllim onun məqamıdır. Ondan mənə tək xatirə isə uğrunda canından keçdiyi bayraqdır".

Bu gün onun xatirəsi xalqın qəlbində yaşayır. Dövlətimiz və xalqımız şəhidin adını uca tutur. Şərəfli ömür yolu ilə Zəfər dastanımızı yazanlardan olan Amil neçə-neçə yetişən gəncimizə həyat yolu, məslək, əqidəsi ilə bir məktəbdir.

Nəzakət ƏLƏDDINQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri