Icma.az
close
up
RU
Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub

Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Xalqımızın tarixində iftixar və qürur səhifələrindən olan Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəmizin dördüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova, Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən II Fəxri xiyaban, Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi, o cümlədən rayonun bütün şəhər, kənd və qəsəbələrindəki Şəhidlər xiyabanları və şəhidlərimizin dəfn olunduğu məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların xatirələri ehtiramla yad olunub.

Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.

Tədbirdə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Vətən müharibəsində qazandığımız şanlı Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.

Sonra Milli Məclis üzvləri çıxış edərək bildiriblər ki, təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan - Zəfər Gününə aparan yolun əsası Ümummilli Lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulub.

Sonra Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı Zəfərimizdən danışıb, şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri