Icma.az
close
up
RU
Abşeron rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd olunub

Abşeron rayonunda Zəfər Günü böyük coşqu ilə qeyd olunub

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xalqımızın tarixində iftixar və qürur səhifələrindən olan Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.

Gununsesi.info xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazandığımız zəfərimizin dördüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova, Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyaban, Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi, o cümlədən rayonun bütün şəhər, kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların xatirələri ehtiramla yad olunub.
Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. İlk öncə burada tədbir iştirakçıları Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.

Tədbirdə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Düşmən üzərindəki parlaq zəfərlə torpaqlarımızın işğaldan azad olunduğunu, 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan RİH başçısı qeyd edib ki, artıq doğma yurd yerlərimizə yenidən həyat qayıdıb, dövlətimizin diqqət və qayğısı ilə Qarabağda böyük quruculuq işləri görülür.

Sonra Milli Məclis üzvləri Ramid Namazov, Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan – Zəfər Gününə aparan yolun əsası Ümummili Lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulmuşdur. Qeyd edilib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. 44 günlük Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi hərbi fəaliyyəti ilə yanaşı, informasiya və təbliğat sahəsindəki fəaliyyəti də Azərbaycanın siyasi-diplomatik uğurudur. Vətən müharibəsi nəticəsində BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi Qətnamələrin tələblərinin icrasını təmin edən dövlətimiz bununla regionda dayanıqlı sabitliyə, sülhə və əməkdaşlığa şərait yaradan və beynəlxalq hüquqa əsaslanan yeni siyasi şərait yaratmışdır.

Sonra Vətən Müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək Şanlı zəfərimizdən danışmış, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri