Icma.az
close
up
RU
Zəfər Günü Qarabağda möhtəşəm qələbəmizin müjdəçisi

Zəfər Günü Qarabağda möhtəşəm qələbəmizin müjdəçisi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Sən mənim qələmimdə yox, qəlbimdəsən, Zəfər Günü! Ömrümüzün 30 ili səni gözləməklə keçdi. Ürəyimiz yurd həsrəti ilə çalın-çarpaz dağlansa da, gözlərimiz qan ağlasa da, bir gün torpaqlarımızın işğaldan azad olunacağına ümidimiz sozalmadı. İllər öncə Ulu Öndər Heydər Əliyev tam qətiyyətlə deyəndə ki, “Azərbaycanın işğal olunmuş torpaqları azad olacaq, Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz”, böyük qələbəyə olan inamımız daha da artdı. Ulu Öndər sanki bununla torpaqlarımızın azad olunması ilə bağlı qəti tapşırıq verdi və zəfərin konturlarını cızdı.

Bu fikirlər YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyevin “Zəfər Günü - Qarabağda möhtəşəm qələbəmizin müjdəçisi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Nəhayət 30 illik işğaldan sonra 2020-ci ilin sentyabrında səbrimiz son damlasınadək daşdı və erməni quldurlarının Qarabağda at oynatmasına son qoymaq üçün ordumuz “Dəmir yumruq” əməliyyatına başladı. Birinci Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başlanan Vətən müharibəsi 44 gün davam etdi. Yaxşı təlim keçmiş Azərbaycan Ordusunun şir ürəkli qəhrəmanları torpaqlarımızı qarış-qarış azad etdilər. Hamımız o günləri böyük həyəcanla yaşadıq. Şəhidlərimizin itkisinə ağladıq, addım-addım irəliləyən qələbəmizə sevindik. Qarabağın ikinci böyük şəhəri olan Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin tapşırığının yerinə yetirildiyini qürur hissi ilə bəyan etdi: “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev”.

Həmin əməliyyatdan sonra ürəyimizi sonsuz qürur hissi ilə dolduran möhtəşəm qələbəmiz bütün dünyanı heyran etdi. Azərbaycan, Rusiya və Ermənistan arasında bütün döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanatı imzalandı. Bu sənədə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. İşğalçı Ermənistan isə keçmiş Dağlıq Qarabağ ətrafı əraziləri öz sahibinə - Azərbaycana qaytardı.

Xalqımızın və rəşadətli Ordumuzun birliyi milli qürurumuza çevrilən Böyük Qələbənin təntənəsi ilə yekunlaşdı. İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbəmiz şərəfinə sən doğuldun, Zəfər Günü! Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən artıq beşinci ildir ki, xalqımız böyük iftixar hissi ilə işğalçılar üzərində ədalətin təntənəsini – misilsiz Qələbəni qeyd edir.

Lakin erməni quldurları müharibədə uduzduqlarını həzm edə bilmir, Azərbaycan ərazilərində təxribatlar törətməkdə davam edirdilər. Azərbaycan dəfələrlə Ermənistana təxribata son qaymaqla bağlı, sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Artıq bu özbaşınalığa da son qoymağın vaxtı çatmışdı. 2023-cü il sentyabrın 19-da Qarabağda gizlənmiş erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığı ordumuzun bölmələri tərəfindən aşkar edildi. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə davam edən döyüşlər zamanı ordumuzun qüdrəti qarşısında gücsüzlüklərini anlayan erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlıları vasitəsilə müraciətini nəzərə alan ordumuz 2023-cü il sentyabrın 20-də antiterror tədbirlərini dayandırdı və tam atəşkəs haqqında razılaşma əldə olundu. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idilər.

Beləliklə, qısa vaxtda həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində at oynatmaq istəyən erməni quldurları tam şəkildə tərk-silah edildilər. Qarabağda yaradılmış qeyri-qanuni hakimiyyət ləğv edildi, separatçı rəhbərlər həbs edildilər. Bununla da, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Möhtəşəm qələbə salnaməsinin son səhifələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Azərbaycan Bayrağının dalğalanması və beləliklə ərazi bütövlüyümüzün tam bərpası ilə yazıldı.

Artıq Qarabağa Böyük Qayıdış başlayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış üçün görülən quruculuq işləri yekunlaşdıqca insanlar mərhələli şəkildə öz yurd-yuvalarına köç edir, evlərinin işığını yandırırlar. Bir qarabağlı kimi mən də ailəmlə birlikdə doğma evimə qayıdacağım günü, illərlə ürəyimdə qövr edən yaraların sağalacağı günü səbirsizliklə gözləyirəm. O gün səninlə birlikdə daha böyük bayramı qeyd edəcəyik, Zəfər Günü! Qarabağda görüşənədək!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri