Icma.az
close
up
RU
Zəfər haqqında tamaşanın premyerası olacaq

Zəfər haqqında tamaşanın premyerası olacaq

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda - multimedial tamaşa nümayiş olunacaq. Səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.

Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gələn eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar  Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Behbud Əsgərov ifa edirlər.

Əsər 44 günlük Vətən müharibəsi dönəmində arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə - müharibənin ilk 10 günlüyündə qələmə alsa da quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə etmişdir. Belə ki, R. Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləmiş, rejissor yozumunda əsərin finalını zəfərə qədər gətirib çıxartmışdır. 

Fərqli janrda – psixoloji-ictimai-patriotik-ailə dramı olaraq öz səhnə həllini tapmış əsər tamaşaçı ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin fərqli hadisələr və ruh halları fonunda yaratdığı təəssüratı korrekt təqdim etməyə çalışır.

Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilmişdir. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru “Ümüd” mükafatçısı Anar Əhməddir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri