Icma.az
close
up
RU
Yeni tamaşanın premyerası olub

Yeni tamaşanın premyerası olub

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 1-də Azərbaycan Dövlət Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası olub.

Bu barədə Reyting.az-a teatrın mətbuat xidmətindən bildiriblər.

Teatrın rus bölməsi üçün hazırlanan birhissəli kukla tamaşasının müəllifi Əliheydər Məmmədov, səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Səkinə Bağırovadır.

İbrətamiz hekayətin nəql olunduğu tamaşada qəhrəmanımız bənna Bilaldır. Zəhmətkeş gənc sən demə özü də bilmədən illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.

Xanın ədalətli Vəzirinə qəzəblənən Cadugər intiqamını onun qızından almaq qərarına gəlir. Beləcə, qızı bilərzik ilə tilsimləyir və onu şah sarayından çox uzaq bir yerdə - ucqar kənddəki kasıb komalardan birindəki güldana atır.

Sözsüz ki, ağlagəlməz hiylənin üstü açılmır və Vəzirin günahsız qızı illərlə bu tilsimin əziyyətini çəkir.

Yaşlı Qonşu sayəsində bu əhvalatı eşidən Bilal özü də bilmədən xilaskara çevrilir və əlindən çıxıb güldana dəyən çəkic sayəsində bu tilsimin pozulmasına nail olur.

Klassik nağıl üslubunda hazırlanan tamaşa maraqlı tərtibat və musiqi həlli ilə də seçilir.

Tamaşada rolları Rauf Babayev, Afət Zülfüqarova, Araz Həsənli, Yelena Qədimova, Firuzə Nəsibli və Lina Məmmədova ifa edirlər.

Əsasən kiçik ölçülü kuklalarla hazırlanan səhnə işində təbiətə sevgi, ətraf mühitin qorunması, heyvanlarla insanların dostluğu kimi humanist vərdişlər də təbliğ olunur.

Xatırladaq ki, tamaşa teatrın yerli müəlliflərlə yaradıcı əməkdaşlığının davamı kimi hazırlanıb və bu əsər müəllifin ölkə teatrları arasında ilk yaradıcılıq aktıdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Mart 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri