Icma.az
close
up
RU
Zəfər Konstitusiyası gəlir? “Konstitusiya və Suverenlik İli”nin böyük sürprizi

Zəfər Konstitusiyası gəlir? “Konstitusiya və Suverenlik İli”nin böyük sürprizi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə fərman imzaladı.
Azərbaycanın 44 günlük Vətən müharibəsindın sonra "Zəfər Konstitusiyası" qəbul edəcəyi ilə bağlı bir çox fikir və mülahizəlır səslənirdi.
Hər şeyi öz zamanında edən və prioritet sıralamasını hər kəsdən yaxşı bilən Prezident İlham Əliyevin növbəti addımı budurmu: 2025-ci ildə Azərbaycan xalqı ümumxalq səaverməsi ilə "Zəfər Anayasası" qəbul edəcəkmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının bir neçə səbəbləri var. Səbəblər Prezidentin imzaladığı sərəncamda qeyd olunub: “Birincisi, müstəqil Azərbaycanın Konstitusiyasının gələn il 30 illiyidir. Bu Konstitusiya MDB məkanında olan konstitusiyalardan ən demokratik konstitusiyalardan biridir. Üstündən 30 il keçib və bu gün yeni reallıqlar yaranıb, böyük inkişaf yolu qət edilib, bu müddətdə bir çox qanunlarımızda dəyişikliklər həyata keçirilib, bir çox vacib yeni qanunlar, yeni sənədlər qəbul edilib, ən son olaraq bir neçə gün öncə Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda ciddi dəyişikliklər etdi. Qanunlarımızda sonuncu referendumdan indiyə qədər edilmiş bir sıra dəyişikliklər, yeni qanunların qəbulu da Konstitusiyada dəyişikliklərin həyata keçirilməli olduğunu gündəmə gətirir. Eləcə də idarəetmədə, bələdiyyələrlə bağlı, seçki sistemi ilə əlaqədar Konstitisiyada dəyişikliklər edilməsi istisna deyil. Torpaqlarımı işğaldan azad edildikdən sonra bir sıra rayonlarımızın idarəetməsində yeniliklər tətbiq edilib, həmçinin Naxçıvan Muxtar Respublikasında. Bu yeniliklər Konstitusiyada təsbit olunmalıdır. Ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa olunması da yeni reallıqlar meydana gətirib. Bu reallalıqlar da ana qanunumuza əlavələr və dəyişikliklər edilməsi zərurətini meydana gətirə bilər”.
Ekspert həmçinin qeyd edib ki, əhalimizin sayı 30 ildə 3 milyon nəfərə qədər artaraq 10 milyonu keçib. Bu amil də Konstitusiyada müəyyən dəyişiklikləri zərurətə çevirir: “1995-ci ildə qəbul edilən Konstitusiyanın səhv etmirəmsə 82-ci maddəsində qeyd olunur ki, Milli Məclis üzvlərinin sayı 125 nəfərdən ibarətdir. Əhalinin sayı 7 milyon olanda Milli Məclisin 125 deputatının olmasının məqsədəuyğunluğu ana qanuna daxil edilib. Bu gün əhalimizin sayı 10 milyondan çoxdur. Ona görə də artıq 1 deputata düşən seçicinin sayı artıq 50 mindən yuxarıdır. Ona görə də hesab edirəm ki, Konstitusiyada Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də gündəmə gələ bilər. Bütün qeyd etdiyimiz və digər dəyişikliklərin edilməsi isə yalnız referendumun keçirilməsi ilə mümkündür”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri