Zəfər Muzeyi necə ərsəyə gəldi? Memar layihənin əsas simvollarını açıqladı VİDEO
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Bu layihə əlamətdar, unikal və xüsusi işdir".
Moderator.az xəbər verir ki, bu fikirləri Real TV-yə Zəfər Muzeyinin memarı və dizayneri Françesko Cordana səsləndirib.
Müsahibə zamanı memar muzey kompleksinin ideyası və hazırlanma prosesi barədə danışıb.
O, 44 günlük Vətən müharibəsini simvolizə edən 44 elementdən ibarət tağ, "Həyat ağacı", şəhidlərin adlarının əks olunduğu memorial bölmə və parkın landşaft konsepsiyası barədə məlumat verib. Layihənin texniki və memarlıq xüsusiyyətlərinə də toxunulub.
Françesko Cordana bildirib ki, layihənin əhəmiyyəti yalnız memarlıq və şəhərsalma ilə məhdudlaşmır. Onun sözlərinə görə, əsas məqsədlərdən biri şəhərin müəyyən hissəsini yenidən formalaşdırmaqla yanaşı, ölkənin tarixini, mədəniyyətini və cəmiyyətin ortaq duyğularını ifadə edən simvolik məkan yaratmaq olub.
Memarın sözlərinə görə, muzeyin forma və konturlarında müxtəlif mesajlar əksini tapıb və həmin simvolların mənasını ziyarətçilərin özlərinin kəşf etməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Sentyabr 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















