Icma.az
close
up
RU
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir. Bu barədə AZƏRTAC-a “PMD Projects”dən bildirilib.

Məlumatda xatırladılıb ki, 2024-cü ildə “PAŞA Holding”in sifarişi ilə “PMD Projects” tərəfindən Bakı şəhərində Zəfər parkı inşa edilib. 2024-cü ilin noyabrın 8-də Zəfər parkı tam şəkildə tamamlanaraq istifadəyə verilib. Bu gün – iyulun 15-də park ərazisində inşa olunan Zəfər Muzeyində daxili tərtibat işlərinə start verilib.

Zəfər muzeyi layihəsi xalqımızın qəhrəmanlıq salnaməsini və tarixi zəfərini əbədiləşdirmək, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilir. Muzey təkcə sərgi məkanı deyil, həm də milli yaddaşın və qürur duyulası tariximizin rəmzi olacaq.

Zəfər muzeyinin inşası zamanı həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də tikinti prosesinin səmərəli icrasını dəstəkləmək məqsədilə muzey ərazisinə yaxın müəyyən hissələrdə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bildirilib ki, muzeyin inşası Zəfər parkının ümumi fəaliyyətinə maneə yaratmır. Park ziyarətçilər üçün açıqdır və əraziyə bir neçə giriş nöqtəsi vasitəsilə daxil olmaq mümkündür.

“PAŞA Holding” Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olaraq, milli mədəniyyətin və tarixin qorunmasına xüsusi önəm verir. Şirkət Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Şuşada, Zəngilanda, Ağdam və digər şəhərlərdə məscidlərin və tarixi abidələrin bərpasını maliyyələşdirməklə ölkənin mədəni irsinin dirçəldilməsinə töhfə verir.

Qeyd edək ki, Zəfər muzeyinə dair təqdim olunan vizuallar layihənin ilkin konseptini əks etdirir və inşaat prosesində dəyişilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri