Icma.az
close
up
RU
Zəfər savaşına könüllü gedən Cəlilabadın igid oğlu

Zəfər savaşına könüllü gedən Cəlilabadın igid oğlu

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhid Bilal Rzayevin 29 yaşı tamam oldu

Vətənin dar günündə dadına çatıb, sinəsini ona sipər edən minlərlə ölümsüzlük qazanan qəhrəmanlardan biri də 1997-ci ildə Cəlilabadın Alar kəndində dünyaya göz açan Bilal Novruz oğlu Rzayevdir.

Doğma Azərbaycanın hər qarış torpağını özünə cənnət bilən Bilal əzəli yurd yerimiz Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb. Odur ki, çox aza yaşasa da, özündən sonra gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb qoyub. Həmçinin xalqın qəlbində qazanılan parlaq qələbəmizin mərdlik simvoluna dönən Bilal dövlət tərəfindən də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın və Qubadlının azadlığına görə medallarla təltif edilib.

Bilal həyatı dərk edən gündən həmişə yaxşı əməllərə can atıb, saf əqidəli insanlardan görüb-götürüb. Elə öz xoşbəxtliyini də Vətəninə, xalqına təmənnasız xidmətdə görüb. Yaratmaq, yaşatmaq eşqi ilə orta məktəbi bitirən Bilal yağıya əsir düşən Vətən torpaqları üçün çox narahat olub. Özünəməxsus mənəvi dünyası, vicdanı onu düşmənlə döyüşə səsləyib. Ordu sıralarına yola düşəndə bildirib ki, erməni dığaların Qarabağımızı zəbt etməsi, qan-qada törətməsi bizə yaraşmır. Ulular o müqəddəs yerləri qanı bahasına qoruyub, gələn nəsillərə yadigar qoyublar. İndi biz gənclərin birinci vəzifəsi nəyin bahasına olursa-olsun yağıya əsir düşən torpaqları azad etməsidir. Tarixi yurd yerlərimiz həqiqi sahiblərinin yolunu gözləyir. Həqiqətdir ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Mən orduya yalnız yağıdan qisas almaq məqsədilə gedirəm. Əgər müharibə başlasa biz mütləq qalib gələcəyik. Mən isə Vətən torpağı azad olmamış silahı yerə qoymaram. Yağını məhv edib, yanınıza üzüağ qayıdaram.

Bilal Rzayev cəbhə bölgəsində Vətənin keşiyində durub. Yaxşı əsgər olub, nümunəvi xidmət göstərməklə komandirlərin sevimlisinə çevrilib. Vətəni necə sevməyi, doğma torpağı neçə qorumağı əsgər yoldaşları ondan öyrəniblər. Həmçinin keçirilən təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş edən Bilal bir qayda olaraq erməni dığalardan qisas almağa məqam axtarıb.

Vətən, torpaq yolunda həmişə canından-qanında keçməyə hazır olan Bilal əsgərlikdən sonra bir müddət kəndində halal zəhmətin qulpundan yapışıb, el-obası üçün faydalı işlər görüb. Sağlam əqidəsi, saf amalı Bilala cəmiyyətdə sevgi-məhəbbət qazandırıb. Bir çox qeyrətli gənclər kimi Bilalı da düşmənin zəbt etdiyi Vətən torpaqları, törətdiyi qanlı əməllər hər an düşündürüb. Odur ki, 44 günlük haqq savaşımızın ilk günündə könüllü olaraq müharibə meydanına gedib. Odlu-alovlu döyüş yollarından keçməklə müharibə bitənə qədər yağıya qan qusdurub. Noyabrın 24-də qəfil atılan düşmən gülləsinə tuş gəlib və Vətən eşqli ürəyi əbədi olaraq dayanıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri