Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Zəfər tariximiz balaca ürəklərdə böyük qürurla yaşayır

Zəfər tariximiz balaca ürəklərdə böyük qürurla yaşayır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngi liseyinin 4 „A“ 4 sinif şagirdlərinin Zəfər Gününə həsr olunmuş tədbiri milli ruhun, Vətən sevgisinin və tarixi yaddaşa ehtiramın parlaq nümunəsinə çevrilib

Tarix elə hadisələrlə zəngindir ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin də yaddaşında yaşayaraq milli kimliyin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik duyğularının formalaşmasına xidmət edir. Azərbaycan xalqının tarixində belə əlamətdar səhifələrdən biri də 8 Noyabr – Zəfər Günüdür. Bu gün xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsinə çevrilmişdir. Məhz bu böyük tarixi hadisənin mahiyyətini kiçik yaşlı məktəblilərin dünyagörüşü ilə ifadə etmək, Zəfər tariximizi onların yaddaşına və qəlbinə həkk etmək baxımından keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Bakı şəhərinin Nizami rayonunda yerləşən Zəngi liseyinin 4 „A“ sinif şagirdlərinin 8 Noyabr – Zəfər Gününə həsr etdikləri tədbir də bu baxımdan yaddaqalan olub. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan mərasim ilk andan iştirakçılarda qürur və kövrəklik hissləri yaradıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib. Bu anlarda balaca məktəblilərin simasında böyük bir xalqın minnətdarlığı, şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz hörmət və ehtiram duyulurdu.

Tədbirin əsas məzmununu Azərbaycan tarixinin taleyüklü mərhələlərini əhatə edən 1918, 1990 və 2020-ci illərin hadisələri təşkil edib. Şagirdlər xalqımızın tarixində xüsusi yeri olan bu üç mühüm dövrü öz ifalarında geniş və əhatəli şəkildə canlandırıblar. Onların təqdimatında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik tariximizdə açılan yeni səhifə, 1990-cı ilin dövlətçilik ənənələrimizin bərpasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, onun müdrik siyasəti və rəhbərliyi ilə üçrəngli Dövlət Bayrağımızın Naxçıvanda yenidən ucaldılması şagirdlərin təqdimatında xüsusi yer tutub. Uşaqların öz yaşlarına uyğun, lakin dərin məna daşıyan çıxışları göstərirdi ki, onlar tarixi hadisələri yalnız əzbərlənmiş məlumatlar kimi deyil, xalqımızın taleyi, müstəqilliyimizin dəyəri və milli qürurumuzun ifadəsi kimi qavrayırlar. 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bir-birini tamamlayan mühüm tarixi mərhələlər kimi diqqətə çatdırılıb.

Tədbirin diqqətçəkən məqamlarından biri də Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr olunmuş təqdimat olub. Üçrəngli bayrağımızın hər bir rənginin ifadə etdiyi mənalar ətraflı şəkildə izah edilib. Mavi rəngin türkçülük, qırmızı rəngin müasirlik və inkişaf, yaşıl rəngin isə islam mədəniyyəti ilə bağlılığı şagirdlərin hazırladıqları səhnəcik vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb. Bayrağımızın rəngləri ətrafında qurulan bu təqdimat uşaqların dövlət rəmzlərimizə münasibətini, milli dəyərlərimizə bağlılığını və tariximizə marağını bir daha nümayiş etdirib.

Şagirdlər vurğuladılar ki, bayraq yalnız dövlətin rəsmi rəmzi deyil. O, xalqın keçdiyi tarixi yolun, mübarizəsinin, arzularının və gələcəyə inamının təcəssümüdür. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda, şəhər və kəndlərimizdə qürurla dalğalanması milyonlarla azərbaycanlının illərlə yaşatdığı arzuların gerçəkləşməsidir. Bu böyük həqiqətin kiçik məktəblilərin dilindən səslənməsi tədbirə xüsusi mənəvi çalar verib.

Sinif rəhbəri Şəbnəm Qurbanovanın təşkilatçılığı və rəhbərliyi ilə ərsəyə gələn tədbirdə Cahangir, Uğur, Aylin, Nazlı, Məhəmmədəli, İnci və digər şagirdlər fəal iştirak ediblər. Onların hər birinin çıxışında Vətənə sevgi, dövlətə sədaqət, şəhidlərimizin xatirəsinə ehtiram və Zəfərimizlə fəxr etmək duyğusu öz ifadəsini tapıb. Balaca məktəblilərin səhnədəki çıxışları, tarixi hadisələri özünəməxsus şəkildə təqdim etmələri, dövlət rəmzlərimiz haqqında söylədikləri fikirlər göstərib ki, vətənpərvərlik tərbiyəsi uşaqların mənəvi dünyasında artıq mühüm yer tutur.

Belə tədbirlərin əhəmiyyəti, heç şübhəsiz, yalnız bir bayramın qeyd olunması ilə bitmir. Bu cür görüşlər və təqdimatlar böyüməkdə olan nəslə müstəqilliyimizin hansı çətinliklər və sınaqlar hesabına əldə edildiyini, torpaqlarımızın azadlığı uğrunda nə qədər qəhrəman oğul və qızlarımızın canından keçdiyini anlatmaq baxımından mühüm tərbiyəvi vasitədir. Uşaqlar bu tədbirlərdə tariximizi öyrənməklə yanaşı, şəhidlik, qəhrəmanlıq, milli birlik, dövlətçilik və Vətənə sədaqət kimi ali dəyərlərin mahiyyətini də dərk edirlər.

Bu gün Zəfər Gününü qeyd edərkən unutmamalıyıq ki, qazanılan tarixi Qələbənin ən böyük mənəvi nəticələrindən biri də gələcək nəsillərin azad, suveren və bütöv Azərbaycanla qürur duymasıdır. Şəhidlərimizin qanı bahasına əldə olunan bu Zəfəri qorumaq, onun tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq hər birimizin mənəvi borcudur.

Zəngi liseyinin 4 „A“ sinif şagirdlərinin hazırladığı tədbir də məhz bu ali məqsədə xidmət edib. Şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, dövlət rəmzlərimizə hörmət və Vətən sevgisi ilə yoğrulan bu mərasim bir daha təsdiqləyib ki, Zəfər tariximiz yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcəyimizin mənəvi dayağıdır.

Balaca məktəblilərin dilindən səslənən böyük həqiqət isə bir daha ürəklərdə əminlik yaradıb: Vətən sevgisi yaşa baxmır, milli qürur nəsildən-nəslə ötürülür. Bu gün məktəb səhnəsində üçrəngli bayrağımızı sevgi ilə tərənnüm edən uşaqlar sabah Azərbaycanın dövlətçilik ənənələrini qoruyan, onun müstəqilliyini və suverenliyini yaşadan vətəndaşlar olacaqlar. Deməli, Zəfərimiz həm də gələcəyimizin etibarlı əllərdə olduğunun təntənəsidir.

Mikayıl NƏRİMANOĞLU,
Əməkdar jurnalist
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri