Icma.az
close
up
RU
Zəfər tariximizdən dərs otaqlarına: “Zəfər tarixi” fənninin müəllimi ilə MÜSAHİBƏ

Zəfər tariximizdən dərs otaqlarına: “Zəfər tarixi” fənninin müəllimi ilə MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 noyabr, Aysel Azadqızı, AZƏRTAC

Bu gün Azərbaycan tarixinin qızıl səhifələrindən biri olan Qarabağ Zəfərinin 5 ili tamam olur. Beş il əvvəl 44 günün dastanı xalqımızın birlik iradəsi, əsgərlərimizin şücaəti və Vətənə olan sonsuz sevgisi ilə yazıldı. Bu gün isə həmin tarixi yalnız xatırlamırıq, həm də gələcək nəsillərə ötürürük. Məktəblərdə tədris olunan “Zəfər tarixi” fənni həmin hadisələri şagirdlərin həm fakt, həm də mənəvi dəyərlər baxımından dərindən qavramasına xidmət edir.

Bu münasibətlə biz də 163 nömrəli tam orta məktəbin tarix müəllimi, “Zəfər tarixi” fənnini tədris edən, eyniadlı dərs vəsaitinin və “Tarix” dərsliklərinin həmmüəllifi Ramil Tanrıverdi ilə söhbətləşdik. AZƏRTAC müsahibəni təqdim edir.

- Ramil müəllim, “Zəfər tarixi” fənnini tədris edərkən şagirdlərin ən çox təəccübləndikləri, reaksiya verdikləri mövzular hansılardır?

- Müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, “Zəfər tarixi” fənninin tədrisi zamanı şagirdlərimizdə həm emosional, həm də vətənpərvərlik baxımından dərin təsir yaradan məqamlar müşahidə olunur. Bu fənn təkcə qələbəni deyil, eyni zamanda, əsgərlərimizin qəhrəmanlıq ruhunu əks etdirdiyindən, dərs zamanı şagirdlərin reaksiyaları da çox səmimi olur. Buna təsir edən amillərdən biri də onların bu zəfərin canlı şahidləri olmalarıdır. Hazırda bu fənnin tədris olunduğu IX sinif şagirdlərinin təxmini 14-15 yaşları var. Onlar müharibənin aktiv fazası dövründə yaşadıqlarını dərslikdə verilən məlumatlarla müqayisə edirlər. Bu isə dərs zamanı xüsusi emosional yüksəlişə səbəb olur. Əsasən, bu hallar şəhidlərimizin qəhrəmanlıq xüsusiyyətlərini əks etdirən mövzularda daha qabarıq şəkildə özünü göstərir. “Şuşa qalasının azad olunması” mövzusu isə şagirdlərdə xüsusilə emosional maraq doğurur.

- “Zəfər tarixi” fənninin gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında təsiri barədə nə düşünürsünüz? Bunu gündəlik dərslərinizdə necə müşahidə edirsiniz?

- “Zəfər tarixi” dərs vəsaiti gənc nəslin vətənpərvərlik hisslərinin formalaşmasında son dərəcə mühüm rol oynayır. Bu fənn təkcə hərbi zəfərimizi öyrətmir, həm də şagirdlərə azadlığın, dövlətçiliyin və milli birliyin dəyərini dərindən dərk etdirməyə xidmət edir. Tarix dərsləri, xüsusilə “Zəfər tarixi” fənnində yer alan mövzular vasitəsilə şagirdlərimiz Vətən uğrunda canından keçmiş qəhrəmanların fədakarlığını, onların göstərdiyi rəşadəti, xalqımızın birliyini və milli ruhun gücünü daha yaxından anlayırlar.

Dərslərdə müşahidə etdiyimiz önəmli məqamlardan biri budur ki, “Zəfər tarixi” mövzularının müzakirəsinə başladıqda şagirdlərin münasibəti dərhal dəyişir. Onlar daha məsuliyyətli olur, qürur və fəxarətlə dinləyir, bəzən isə duyğularına hakim ola bilməyib kövrələrək müzakirəyə qoşulurlar. Məsələn, Mübariz İbrahimovun ailəsinə yazdığı məktub, Şuşanın azad olunması və Polad Həşimovun qəhrəmanlığı kimi hadisələrin müzakirəsi zamanı şagirdlərdə həm maraq, həm də milli kimliyə bağlılıq hissi daha da möhkəmlənir.

- Bu fənnin tədrisi zamanı ən çətin izah olunan mövzular hansılardır?

- Ümumiyyətlə, şagirdlər dərsləri böyük maraqla qarşılayırlar. Lakin bəzi mövzuların izahı müəllim üçün həm elmi, həm də psixoloji baxımdan daha çətin olur. Bu çətinliklər əsasən mövzunun emosional dərinliyi, məlumatın çoxşaxəliliyi və şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırma zərurəti ilə bağlıdır.

Şəhidlərdən danışarkən uşaqlarda bəzən emosional sarsıntı yaranır. Xüsusilə dinc sakinlərə qarşı yönəlmiş düşmən təxribatları zamanı həyatını itirmiş azyaşlı uşaqların və yaşlı qadınların qətlə yetirilməsi faktlarını psixoloji cəhətdən düzgün idarə etmək çətin olur. Nənəsi ilə birlikdə qətlə yetirilən balaca Zəhranın timsalında müəllim kimi həm hadisənin faciə tərəfini, həm də qəhrəmanlıq mahiyyətini hisslərlə deyil, dəyərlərlə izah etmək olduqca çətindir. “Zəfər tarixi” fənnində çətin izah olunan mövzular daha çox emosional məzmunlu hissələrlə bağlı olduğu üçün dərsin sonunda elə ümumiləşdirmə aparmaq vacibdir ki, şagirdlər uzun müddət hadisələrin emosional təsiri altında qalmasınlar.

Bununla belə, bu çətinliklər eyni zamanda müəllim üçün bir fürsətdir. Çünki məhz həmin mövzularda şagirdlərin vətənpərvərlik ruhu, düşünmə qabiliyyəti və milli şüuru ən çox formalaşır.

- Şagirdlər bu fənni öyrənərkən daha çox hansı sualları verirlər?

Mübariz İbrahimovun gecə vaxtı düşmən qüvvələri ilə təkbaşına apardığı döyüş, eləcə də Şuşa əməliyyatı və digər qəhrəmanlıq nümunələri ilə bağlı suallar şagirdlər tərəfindən daha çox verilir. “Mübarizə geridən dəstək vermək olmazdımı?”, “Əsgərlərimiz Şuşaya necə qalxa bildilər?” kimi sualların bənzərləri ardıcıl şəkildə bir-birini əvəz edir.

- Tarixi hadisələri şagirdlərə faktlar kimi deyil, həm də mənəvi dəyər kimi çatdırmaqda hansı metodlardan istifadə edirsiniz?

- Tarixi hadisələri şagirdlərə sadəcə faktlar məcmusu kimi deyil, həm də mənəvi dəyər daşıyan hadisələr kimi çatdırmaq tarix müəlliminin ən vacib öhdəliklərindən biridir. Mən bu məqsədlə dərslərimdə bir neçə effektiv metodik yanaşmadan istifadə edirəm. Belə dərsləri əvvəlcədən planlaşdırılmış formada tədris etmək, əslində, çox çətin olur. Çünki hər sinif fərqli metodlara daha yaxşı cavab verir. Digər dərslərdən fərqli olaraq, “Zəfər tarixi” dərslərinə həmin anın ruhuna uyğun olaraq xüsusi bir metodla başlamaq mümkün olur.

Vəsaitdə bəhs olunan hadisələri sadə faktlar kimi deyil, insan taleləri üzərindən izah etməyə çalışıram. Məsələn, 44 günlük müharibə haqqında dərs keçərkən bir şəhidin həyat hekayəsini, ailəsinə yazdığı son məktubu və ya döyüş yoldaşlarının xatirələrini paylaşanda, şagirdlər hadisəni rəqəm və tarix kimi deyil, hiss edilən bir həyat hadisəsi kimi qavrayırlar. Bildiyiniz kimi, bizim məktəbin də şəhid məzunları var. Birinci Qarabağ müharibəsinin şəhidlərindən biri mənim sinif yoldaşım Faiq Mustafayevdir. Mən onunla hazırda işlədiyim 163 nömrəli məktəbdən məzun olmuşam. Həmçinin elə bu məktəbdə mənim şagirdim olmuş şəhid Cəmil Məmmədli də indiki şagirdlərimin yaddaşında silinməz bir xatirə kimi qalır. Məhz xalqımızın yaddaşına həkk olunan hər iki müharibəni müqayisə etməklə şagirdlərin milli-mənəvi dəyərlərinin inkişafına daha məqsədyönlü təsir göstərmək mümkün olur.

Emosional-assosiativ metodla tədris olunan mövzuların mənəvi tərəfini dərinləşdirmək üçün musiqi, şəkil və videomateriallardan istifadə edirəm. Zəfər yürüşləri, şəhidlərə həsr olunmuş musiqi əsərləri və qısa sənədli kadrlardan sonra uşaqların reaksiyası dərhal dəyişir, dərsdə emosional bağ və milli qürur yaranır.

Ən uğurlu metodlardan biri isə rollu oyun və empatiya metodudur. Şagirdlərə təqdim olunan hadisədəki qəhrəmanların yerinə keçmə imkanı verirəm. Məsələn, biri şəhid anasının, digəri əsgərin və ya onun övladının rolunda çıxış edir. Bu üsul onların tarixi hadisəni duyaraq yaşamasına, onu həm zehni, həm də mənəvi baxımdan hiss etməsinə şərait yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri