Icma.az
close
up
RU
Zəfər zirvəsinə yüksələn Zəfər

Zəfər zirvəsinə yüksələn Zəfər

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İkinci Qarabağ müharibəsində DİN Daxili Qoşunlarının 4 əməkdaşı – polkovnik Zəfər Yusibov, polkovnik-leytenant Füzuli İmrəliyev, mayor Şıxamir Qaflanov (ölümündən sonra) və kapitan Nicad Bədəlov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Bu söhbətimizdə xalqımıza zəfər sevinci bəxş edən igidlərdən birini – elə öz adı da Zəfər olan, “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, polkovnik Yusibovun döyüş yoluna nəzər salaq. O, hər zaman arzu edirdi ki, Qarabağda azadlıq savaşı başlansın, əzəli torpaqlarımız geri alınsın, Kəlbəcərə çıxıb oradan Göyçə mahalına tərəf boylana bilsin. Nəhayət, 2020-ci ilin sentyabrında belə bir şans yarandı.

Zəfər Yusibov İkinci Qarabağ müharibəsində Kəlbəcərdə – Murovdağ istiqamətində gedən döyüşlərdə, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd uğrunda qanlı savaşda igidliyi ilə fərqlənib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarını can-başla yerinə yetirib və tabeliyindəki əsgərləri də inamla arxasınca apara bilib. Onun qəhrəmanlıq nümunəsi layiqli dəyərini alıb və Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Zəfər Yusibova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Kəlbəcərin, Cəbrayılın və Xocavəndin azad edilməsinə görə aldığı medallar da onun halal haqqıdır.

Dediyinə görə, atəşkəs olsa da, ermənilər tez-tez silahlı təxribatlar törədirdilər. İyul ayında Tovuzda baş verənlər düşmənin sakit qalmayacağına işarə idi. Odur ki, Vətən savaşına 1 ay qalmış Daxili Qoşunların xüsusi təyinatlılarından 300 nəfər Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrinə ezam olundu. Məqsəd çevik döyüş taktikasının mənimsənilməsi, şəxsi heyətin bir-birini tanıması, həm də taktiki vəziyyətlərdə mühitə uyğunlaşması, döyüşün aparılmasında və birliklər arasında koordinasiyaya nail olunması idi.

– Keçirilən təlimlərdən anlayırdıq ki, gözlədiyimiz an üçün hazırlıq gedir, - deyə Zəfər Yusibov xatırlayır. – 30 ildə düşmənin qurduğu istehkamları yarmaq asan olmayacaqdı. Ancaq o torpaqlar öz sahiblərini gözləyirdi. Həm də bizə diş qıcayanlara gücümüzü göstərməliydik. Ali Baş Komandanın kimlər üçünsə gözlənilməz, bizim üçünsə hər an gözlədiyimiz qərar qəbul etməsi ordumuza və xalqımıza fürsət vermişdi...

Fürsətdən lazımınca yararlanmaq artıq hərbçilərimizin öhdəsinə düşürdü. Zəfərgilin zəfər yolu Allahın lütfü ilə 44 günə aydınlığa qovuşdu. Dağ ətəklərindən yuxarıdakı düşmən mövqelərinə doğru irəliləmək çətin olsa da (çünki düşmən möhkəmləndiyi strateji nöqtələri ağır silahlarla qoruyurdu), Koroğlu yüksəkliyi istiqamətində aviasiyanın hücumu və ondan bir qədər sonra artilleriyanın sərrast atışları nəticəsində pərən-pərən düşən erməni quldurlarını görmək ondan ötrü ayrı bir zövq idi.

Sonra “Canavar”, “Elşən” və “Camış” postlarının alınmasında da Daxili Qoşunların hərbi qulluqçuları misilsiz rəşadətə imza atdılar. Həmin nöqtələri geri almaq üçün Azərbaycan əsgəri yüngül atıcı silahlarla tanka, topa qarşı döyüşürdü, içindəki inam hissi onu irəli aparırdı.

Polkovnik Zəfər Yusibov daha sonra dedi:

- Düşmən strateji mövqelərdə yerləşmişdi. Müşahidələr apararaq gördüyü hədəfi dərhal vura bilərdi. Amma uzun illər təlimlərdən qazandığımız təcrübələr bizə imkan verirdi ki, həmin müşahidəsindən yayınaq və düşməni gözləmədiyi anda vurub məhv edək. Hadrut uğrunda gedən döyüşlər də çətin oldu. Ora yüksək dağlarla və sıx meşələrlə əhatələnmiş strateji məntəqədir. Rəhbərimiz tərəfindən tapşırıq verildi və Hadruta daxil olduq. Döyüşlər bir neçə gün davam etdi. Hadrutu, ətraf yüksəklikləri, kəndləri azad edərək düşmənlərdən təmizlədik. Fəxr edirəm ki, Hadrutda Azərbaycan bayrağını dalğalandırmaq mənə qismət oldu.

Onlar sonra Tuğ kəndi istiqamətində irəlilədilər və Zəfər orada yaralandı. Şəxsi heyətə psixoloji təsir etməməsi üçün heç kəsə bildirmədi. O, 3 gün yaralı vəziyyətdə döyüşdü. Taborla birlikdə pusquya düşəndə isə şəxsi heyətin öz hazırlığı, digər silahdaşlarının fədakar köməyi sayəsində xilas oldular. Səhhətində problem yarandığı üçün Zəfər məcburən geri qayıtdı. Son nəticədə Azərbaycan xalqının və ordusunun gücünü düşmən üzərində nümayiş etdirmək igidlərimizin tarixi qələbəsi ilə möhürləndi.

Müharibədən sonra Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibov Daxili Qoşunların hərbi hissələrindən birinə komandir təyin edilib.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:514
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see394

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see390

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see371

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see257

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see249

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see234

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see223

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see209

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see209

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see203

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see192

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see188

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see187

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see187

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see178

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see176

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see171

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri