“Zəfər turu”na “Sabah” “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Peşəkar Futbol Liqasının qərarı ilə "Zəfər turu" adlanıdırılan 11-ci tura “Sabah” və “Şamaxı” futbol komandaları arasında keçirilən qarşılaşma ilə ykun vurulur.
İdman.Biz xəbər verir ki, görüş “Sabah Arena”da keçiriləcək və saat 17:30-da başlayacaq.
Matçın baş hakimi Kamal Umudlu olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
VAR hakimi Rəvan Həmzəzadə, AVAR hakimi isə Eyyub İbrahimov təyin olunub. Qarşılaşmanın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi isə Elçin Məmmədov olacaq.
Hazırda “Sabah” doqquz oyundan topladığı 20 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Şamaxı” isə 10 oyundan qazandığı 13 xalla yeddinci yerdədir.
“Sabah” qələbə qazanacağı təqdirdə xalını 23-ə çatdıraraq ikinci pilləyə yüksələcək və lider “Neftçi” ilə xal fərqini minimuma endirəcək.
Qeyd edək ki, “Sabah” əvvəlki turda “Turan Tovuz”a 2:3, “Şamaxı” isə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















