Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl tamaşanın nümayişinə başlanılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şəki, 27 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşanın nümayişinə başlanılıb. Məqsəd bayram ərəfəsində və tətil günlərində uşaqlara yüksək əhvali-ruhiyyə bəxş etmək, onları sevindirməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Nağıl-tamaşada uşaqların sevimli personajı İnəkgülün oğurlanması, onun at Şimşəkgül ilə səhv salınması və dostları sayəsində bayram şənliyinə geri qaytarılmasından bəhs edilir.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov və başqaları ifa edirlər.
Tamaşanın seansları yanvarın 5-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















