Icma.az
close
up
RU
Zəfərə zəmin hazırlayan seçki

Zəfərə zəmin hazırlayan seçki

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspertlər 2018-ci il 11 aprel prezident seçkilərini belə xarakterizə edirlər 

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətindən
Bakı, 11 aprel 2018-ci il 

Müstəqillik dövrümüzün siyasi tarixinə nəzər salanda iki dəfə növbədənkənar  prezident seçkilərinin keçirildiyinin şahidi oluruq. Birincisi 44 günlük İkinci Qarabağ müharibəsindən təxminən iki il yarım əvvəl – 2018-ci il aprelin 11-də, ikincisi isə işğalçı Ermənistan üzərindəki şanlı Zəfərimizdən  təxminən 3 il 3 ay sonra – 2024-cü il fevralın 7-də keçirilmiş seçkilər. Mütəxəssislərin fikrincə, 2018-ci il seçkiləri bizim ərazi bütövlüyümüzün bərpası istiqamətində on illər boyu apardığımız siyasi-diplomatik mübarizənin Ermənistan və onun havadarları tərəfindən lazımınca qiymətləndirilmədiyinə görə daha qətiyyətli addımlar atılmasına zəmin yaratmışdısa, ikinci növbədənkənar prezident seçkiləri dövlət başçımıza ölkənin bütün ərazilərində səs verilməsini təmin etmək məqsədini daşıyırdı. 

2018-ci ildə  Yeni Azərbaycan Partiyasının  növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü dövlət rəhbərliyi tərəfindən müsbət qarşılanmış, Azərbaycan  Prezidenti İlham Əliyev həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edilmiş və yüksək səviyyədə reallaşdırılmışdı.

Səsvermənin ilkin nəticələri elan edildikdən dərhal sonra Prezident İlham ­Əliyev   Azərbaycan xalqına müraciətində xüsusi olaraq vurğulamışdı ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən geriyə bir addım da  olsun atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir: “Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan Bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdırlar”. 

Azərbaycan xalqının növbəti dəfə öz qətiyyətli liderinə səs verməsi, üstəlik, seçkilərdən dərhal sonra Prezident İlham Əliyevin “Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur”, – deyə düşmənə xəbərdarlıq etməsi nəinki Ermənistan rəhbərliyini, həm də beynəlxalq aləmdəki erməni lobbisini və anti-Azərbaycan qüvvələri çox ciddi şəkildə narahat etmişdi. USAID-in maddi dəstəyi və sorosçuların düzüb-qoşduğu planla , yəni “məxməri inqilab”la Ermənistan rəhbərliyinə gətirilmiş Nikol Paşinyan dərhal bəyan etmişdi ki, Azərbaycan Qarabağ münaqişəsinin həllini istəyirsə, onda “Artsax” rəhbərliyi ilə danışsın. Yəni bu gerizəkalı adam Azərbaycan Prezidentinin Xankəndidə məskən salmış vəhşi təfəkkürlü quldurlarla danışıq masası ətrafında oturmasını təklif edirdi. 

Yeri gəlmişkən, bu  adam 2016-cı ildəki Aprel döyüşlərindən sonra – hələ müxalifətdə olanda – daha dərindən  sarsaqlamışdı:  “Diplomatik sahədə isə Artsax danışıqlar masasında əyləşməlidir. Ermənistan aydın şəkildə bildirməlidir ki, Qarabağın təmsilçiləri olmadan Qarabağ ilə bağlı danışıqlara getməyəcək. Heç kim Qarabağ təmsilçiləri olmadan danışıqlar aparmaq səlahiyyətinə malik deyil. Qarabağın tanınması isə konfliktin həlli yollarından biridir”.

Ancaq 2018-ci ilin 11 aprel prezident seçkiləri Azərbaycan Prezidentinin “əlini elə möhkəmləndirdi” ki, biz nəinki separatçı “Artsax”ın mövcudluğuna son qoyduq, hətta haqqında miflər yaradılmış işğalçı Ermənistan ordusunun  diz çökdürülməsini,  bu əldəqayırma dövlətin üç prezidentinin və bir baş nazirinin regionda və dünyada rüsvay olunmasını təmin etdik. 

Qətiyyətlə deyə bilərəm ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir”, yaxud, “Biz Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”  deməsinin təməlində 2018-ci il aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələri dayanır. Birmənalı həqiqətdir ki, Azərbaycanın 2020-ci ilin payızında yaratdığı yeni reallıqların əsas səbəblərindən biri də məhz 2018-ci ilin aprel seçkiləri idi. Yəni cənab Prezidentin özünün də dediyi kimi, nəyi,  nə zaman, necə etmək lazım olduğunu dövlət başçımız hamıdan yaxşı bilir. 

Mütəxəssislər yazırlar ki, 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən bir neçə xüsusi məqam var idi. Qeyd etdiyimiz kimi hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi bu addımı zəruri edirdi. İkinci,  ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi lazım idi. Üçüncü, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Nəhayət, dördüncü,  regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən daha bir demokratik seçki həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirə bilərdi. Xatırladaq ki, nəzərdə tutulan bu tezislərin hamısı yüksək səviyyədə özünü doğrultdu və ardıcıllıqla reallaşdırıldı.

Onu da əlavə edək ki, həmin seçkilərdə ölkənin siyasi palitrasını əhatə edən əsas partiyaların, demək olar ki, hamısı iştirak edirdi. Təkcə onu xatırlatmaq  kifayətdir ki, prezidentliyə namizədlər arasında yeddi siyasi partiyanın təmsilçisi var idi. Güman edirəm ki, həmin partiyaların və namizədlərin adlarını sadalamağımız yerinə düşər: 

Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü. Həmin seçki həm də Azərbaycanda hansı partiyanın nə qədər elektoratı olduğunu da ortaya qoymuşdu, siyasətçilərin xalq arasındakı nüfuzunu da. 

Həm də bu nəticələri tək biz, daha doğrusu, Azərbaycanın Mərkəzi Seçki Komissiyası deyil, bir neçə nüfuzlu beynəlxalq təşkilat da təsdiqləmişdi. Hamının yadındadır ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər. Avropalı müşahidəçilər “exit-poll”lların nəticələri ilə MSK-nın nəticələri arasında cüzi fərq olduğunu görəndə mat qalmışdılar. Halbuki, onların bəziləri MSK-nın deyil, “exit-poll” keçirən qurumların nəticələrinə inanacaqlarını söyləmişdilər. 

Beynəlxalq müşahidəçilərin MSK ilə  “exit-poll” keçirən qurumların nəticələri arasında elə də ciddi fərq olmadığını söyləməsi  bir daha sübut etmişdi ki, ölkəmizdə vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham ­Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı yenə də real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs vermişdi.

Seçkinin  nəticələri rəsmi elan ediləndən sonra – aprelin 18-də dövlət başçısı kimi and içən Prezident İlham Əliyevin əsas tezisi belə idi: Biz öz torpaqlarımızı azad edəcəyik! Cənab Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Bütün dünya şahiddir ki, cənab İlham Əliyev 2018-ci il aprelin 11-də “dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə”  and içmiş və qısa müddətdən sonra – 2020-ci ilin payızında həmin andına şərəflə əməl etmişdi. Biz də məmnunuq ki, “Xalq qəzeti”nin kitabxanası” seriyasından ərsəyə gəlmiş “And və əməl” adlı birinci kitab məhz həmin vədlərin reallaşdırılmasına, Prezident İlham Əliyevin sözünün də imzası qədər kəsərli olduğuna həsr edilmişdir. 

2024-cü ildə keçirilmiş ikinci növbədənkənar prezident seçkiləri isə müstəqillik tariximizə Azərbaycanın bütün şəhər, kənd və hətta məhəllələrini də əhatə edən, otuz illik işğaldan azad olunmuş  ərazilərimizin hamısında dalğalanan Dövlət Bayrağımızın altında keçirilmiş ilk möhtəşəm siyasi tədbir kimi  düşmüşdür. 

Bayrağın həmişə uca olsun, Azərbaycan! 

İttifaq MİRZƏBƏYLİ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri