Icma.az
close
up
RU
Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Yevlax, 7 noyabr, AZƏRTAC

Yevlaxda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüqüqi şəxsin birgə təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə qazandığı tarixi Qələbə ilə dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla, xalqımızın qürur mənbəyidir.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər zirvəsini fəth edərək şanlı tarix yazdı. Azərbaycanın hərbi sahədə qazandığı uğurlar, xüsusilə 8 Noyabr tarixində Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin taleyində mühüm rol oynadı. Hər bir azərbaycanlı möhtəşəm tarixi Qələbəmizlə qürur hissi keçirir, Prezidentin müdrik siyasəti ətrafında sıx birləşərək parlaq gələcəyə doğru inamla addımlayır.

“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Fazil İsmayılov Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, dövlətimizin şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğıdan, eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs edib.

Tədbir bədii hissə ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri