Icma.az
close
up
RU
“AMEA ölkəmizin elm tarixində mühüm rol oynayıb” professor Vəli Baxşəliyev

“AMEA ölkəmizin elm tarixində mühüm rol oynayıb” professor Vəli Baxşəliyev

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev elmi fəaliyyəti, arxeologiya sahəsində apardığı tədqiqatlarının nəticələri, AMEA-nın 80 illiyi ilə bağlı ona ünvanladığımız sualları cavablandırıb. Onu da qeyd edək ki, alim 2014-cü ildə “Tərəqqi”, 2019-cu ildə isə “AXC-nin 100 illiyi” medalı ilə təltif edilib. Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, o cümlədən AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri fərmanlarına layiq görülüb.

- Hörmətli Vəli müəllim, zəngin elmi həyatınıza nəzər saldıqda, tarix elminin inkişafına töhfə verən hansı əsas elmi nəticələrinizi qeyd edə bilərsiniz?

- Elmi nəticələr çoxdur. Demək olar ki, XX əsrin 80-ci illərindən etibarən Naxçıvan Muxtar Respublikasında tədqiqatlar davam etdirilir və bu dövr ərzində Naxçıvan arxeologiyası ilə bağlı bir çox yeni məqamlar üzə çıxarılıb. Hələ keçən əsrin 80-ci illərində Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı tapıntılar əldə olunmuşdu ki, bu da həmin dövr üçün böyük əhəmiyyət kəsb edirdi.

Daha sonra Oğlanqala yaşayış yerində aparılan araşdırmalar göstərdi ki, Naxçıvan Muxtar Respublikası Urartu dövlətinin tərkibinə daxil olmayıb və burada mövcud olan dövlət birlikləri urartulularla mübarizədə mühüm rol oynayıb. Etiuni tayfa ittifaqları formalaşdırılıb. Ümumiyyətlə, Naxçıvanın neolit dövrü ilə bağlı dövrləşməyə dair yeni tapıntılar mövcuddur. Erkən eneolit abidələri, yəni indiyə qədər erkən və orta eneolit dövrünə aid abidələr Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqazda məlum deyildi. Lakin Naxçıvan ərazisində bu dövrlərə aid bir neçə yaşayış yeri aşkar olunub.

Orta tunc dövrü boyalı qabları ilə bağlı xeyli maddi mədəniyyət nümunələri aşkar edilib. Eyni zamanda, Kür-Araz mədəniyyətinin mənşəyi ilə bağlı da xeyli elmi yeniliklər əldə olunub.

- Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hazırda öz fəaliyyətini hansı istiqamətlərdə davam etdirir?

- Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hazırda əsasən tarix, etnoqrafiya və arxeologiya sahəsində tədqiqatlar aparır. Naxçıvan tarixi, etnoqrafiyası və arxeologiyası yalnız Muxtar Respublikanın ərazisi ilə məhdudlaşmır. Buradakı tarix və mədəniyyət abidələri qonşu ölkələr və Azərbaycanın digər bölgələri, eləcə də Cənubi Qafqazın bir çox əraziləri ilə sıx bağlı olduğundan, burada aparılan araşdırmalar yalnız Naxçıvanın deyil, eyni zamanda Azərbaycanın, Cənubi Qafqazın və Yaxın Şərqin tarixini öyrənmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

- Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunur. AMEA-nın müxbir üzvü kimi, bu qurumun qarşısında duran əsas çağırışlar və imkanlar barədə nə düşünürsünüz?

- Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması Azərbaycan elmi üçün böyük əhəmiyyət daşıyır. AMEA ölkəmizin elm tarixində mühüm rol oynayıb və milli elmin inkişafına əvəzsiz töhfələr verib. Akademiyanın qarşısında duran əsas çağırışlardan biri müasir elmi tədqiqatların beynəlxalq səviyyədə tanınmasını təmin etmək, gənc alimlərin yetişdirilməsinə və elmin müxtəlif sahələrində multidisiplinar yanaşmaların tətbiqinə nail olmaqdır.

Gələcəkdə akademiyanın qarşısında duran imkanlar isə genişdir: beynəlxalq əməkdaşlıqların inkişafı, yeni texnologiyaların elmi tədqiqatlarda tətbiqi və milli elmin dünyada tanıdılması bu imkanların əsas istiqamətlərini təşkil edir. Mən əminəm ki, AMEA öz zəngin ənənəsini qoruyaraq, Azərbaycan elminin inkişafında həlledici rolunu davam etdirəcək.

- Sizin rəhbərliyinizlə həyata keçirilən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyaları diqqət çəkir. Bu əməkdaşlıqlar necə başladı və əsas məqsədlər nələr idi?

- Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələri yalnız Naxçıvanın tarixini deyil, eyni zamanda Cənubi Qafqazın və Yaxın Şərqin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Naxçıvanda elmi yeniliklərin və yeni abidələrin aşkar olunması, şübhəsiz ki, xarici ölkə tədqiqatçılarının da diqqətini çəkirdi. Buna görə də onlar bizə əməkdaşlıq təklif etdilər və biz də bu əməkdaşlığı qəbul etdik.

Məqsəd Azərbaycanın tarix və mədəniyyət abidələrini dünyada tanıtmaq idi. Çünki birgə ekspedisiyalar və əməkdaşlıqlar mədəniyyət abidələrinin beynəlxalq aləmdə tanıdılması üçün olduqca əhəmiyyətli və zəruri idi. Ona görə də 2006-cı ildən başlayaraq xarici ölkə tədqiqatçıları ilə əməkdaşlığımız davam edir və bu əməkdaşlıq həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verir. Belə ki, bizim bədxah qonşularımızın tariximizə və abidələrimizə qarşı apardığı təbliğata cavab olaraq biz beynəlxalq miqyasda aparılan araşdırmalar və beynəlxalq jurnallardan istifadə etməklə obyektiv nəticələr təqdim etmiş olduq.

- Azərbaycan tarixinin hansı səhifəsi sizi emosional olaraq ən çox təsirləndirib?

- Qədim dövr tarixi... Bu, mənim üçün hər zaman ən çox düşündürücü və müəmmalı qalan dövrdür. Çünki türksoylu Azərbaycan xalqının bu ərazidə məskunlaşması məsələsi hələ də tam şəkildə və düzgün araşdırılmayıb. Sovet dövründə isə bu mövzu çox təhrif olunmuş şəkildə təqdim edilirdi. O zaman belə hesab edirdilər ki, Azərbaycan xalqı indiki Azərbaycan Respublikası ərazisində, ancaq XI əsrdən başlayaraq məskunlaşıb.

Halbuki aparılan tədqiqatlar, tapılan abidələr və arxeoloji faktlar sübut edir ki, Azərbaycan xalqı və ümumilikdə türk xalqları bu torpaqlarda eramızdan əvvəl V-VI minilliklərdən etibarən yaşayır. Bu gün bizim mədəniyyətimiz də həmin qədim sivilizasiyanın davamıdır.

- Hörmətli Vəli müəllim, ömrünüzün 70 ilini geridə qoymusunuz. Geniş və çoxşaxəli elmi fəaliyyətinizin hansı mərhələsini ən məhsuldar və yaddaqalan dövr hesab edirsiniz?

- Arxeoloji abidələrin araşdırılması, demək olar ki, mənim fəaliyyətimdə ən mühüm məsələlərdən biri idi. Xüsusilə də AMEA Naxçıvan Bölməsinin yaranmasından sonra Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin tədqiqi üçün yaradılan şərait daha məhsuldar oldu. Yerli ekspedisiyalarla yanaşı, xarici ölkələrin ekspedisiyalarının da Naxçıvan ərazisində işləməsi yeni tapıntıların və elmi nailiyyətlərin əldə edilməsinə gətirib çıxardı.

- Azərbaycan arxeologiyası son illərdə nəzərəçarpacaq inkişaf yolu keçib. Bəs bu gün bu sahənin qarşısında duran başlıca elmi və praktiki problemlər hansılardır? Sizcə, onların həlli üçün hansı yeni elmi yanaşmalar və müasir tədqiqat metodları tətbiq olunmalıdır?

- Həm abidələrin, həm də tariximizin tədqiqində multidisiplinar yanaşma əsas yer tutur. Çünki yalnız arxiv materiallarının və ya arxeoloji materialların araşdırılması kifayət etmir. Bununla yanaşı, arxeoloji abidələrdə xüsusilə heyvan qalıqlarının, botaniki qalıqların araşdırılması, karbon analizlərinin aparılması olduqca mühüm əhəmiyyətə malikdir.

Bu multidisiplinar tədqiqatlar qədim dövrdə ölkəmizin ərazisində yaşayan tayfaların həyat və fəaliyyətini, tarixini dəqiqləşdirməyə, həm də onların həyat tərzini ətraflı şəkildə öyrənməyə imkan verir. Buna görə də müxtəlif tədqiqat metodları, xüsusilə bioloji, zooloji, karbon analizlərinin tətbiqi, eyni zamanda abidələrin və arxeoloji tapıntıların fotoşəkillərinin çəkilməsində elektron görüntülərə üstünlük verilməsi vacibdir – həm yaşayış yerləri, həm də ayrı-ayrı tapıntıların araşdırılması baxımından.

Bunlar olmadan müasir dövrdə arxeologiya və tarix elmini təsəvvür etmək mümkün deyil. Buna görə də gələcəkdə bu sahədə elmi yeniliklərdən, rəqəmsal texnologiyalardan geniş şəkildə istifadə olunması nəzərdə tutulub.

Məhsəti Cəfərli

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri