Icma.az
close
up
RU
“Qarabağ”, sən Zəfərin özüsən!

“Qarabağ”, sən Zəfərin özüsən!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Qarabağ” Çempionlar Liqasına “Benfika” üzərində qələbəsi ilə başladı. Etiraf edək ki, “köhlən atların” bu qələbəsi Avropa futbolunda gözlənilməz bir nəticə idi. Çünki Lissabonda keçirilən matçın 16-cı dəqiqəsində meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə “Qarabağ” son üç mövsümdə avrokuboklarda yeddinci sarsıdıcı məğlubiyyətinə doğru gedirdi. Buna baxmayaraq, Azərbaycan çempionu diqqətəlayiq xarakter nümayiş etdirərək, nəinki oyunun gedişatını dəyişdi, hətta geridönüş edərək “Benfika”nı 3:2 hesabı ilə məğlub etdi. Bununla “Qarabağ” cari avrokubokda yeddi oyunda 6 qələbə qazanaraq rekordunu yenilədi. “Kopenhagen”lə görüşqabağı da Qurban Qurbanovun yetirmələrinin daxili çempionatda işləri uğurla davam edir və onlar altı turdan sonra ilk dəfə ardıcıl iki qələbə qazanıblar.

“Qarabağ”ın doğma meydan amilindən, əksər hallarda istifadə etmək ehtimalının az olması tamaşaçılarda bir narahatlıq yaradırdı. Bu narahatlıq əbəs deyildi. Futbol dünyası Bakıya uzun səfərlərə uyğunlaşmasına baxmayaraq, son zamanlar “Qarabağ” səfərdə olduğundan daha çox evdə uduzur. Nəticələr göstərir ki, avrokuboklarda keçirilən son doqquz ev oyunundan yeddisi Azərbaycanın adlı-sanlı komandasının məğlubiyyəti ilə başa çatıb. Qurban Qurbanovun yetirmələri bu oyunlardan beşində ən azı üç qol buraxıblar. Bu müddət ərzində doğma azarkeşləri qarşısında yeganə qələbə İrlandiyanın “Şelburn” və Makedoniya təmsilçisi “Şkendiya” ilə son seçmə oyunlarda olub. Bununla belə, bir gümüş astar var: “Qarabağ” evində keçirdiyi son dörd Avropa matçında on qol vurub.

“Kopenhagen”in Almaniya Bundesliqanın ikincisi ilə 2:2 hesablı heç-heçə oynaması da Danimarka təmsilçisi üçün Çempionlar Liqasının ilk dövrəsinin müsbət nəticəsi hesab olunurdu. Lakin azarkeşlər komandanın öz səhvləri üzündən son dəqiqələrdə əldən verdikləri qələbədən indiyə qədər heyrət içindədirlər. “Kopenhagen”in müdafiəçisi Pantelis Çatzidiakos matçın 91-ci dəqiqəsində öz qapılarına vurduğu avtoqolla “Bayer”i xilas etmişdi. “Kopenhagen” ölkə çempionatının son beş turunda da yalnız iki qələbə və iki heç-heçə əldə edib ki, bu da Danimarka Super Liqasında titullu bir namizəd üçün qəbuledilməz xal itkisidir.

Şərhçilər yazırdılar ki, “Bayer” Leverkuzenlə oyun üçün danimarkalıların heyəti optimal deyildi. Zədələrə görə iki əsas oyunçu yox idi: Kopenhagenin ovaxtkı ən yaxşı bombardiri Maqnus Mattsson və əvvəllər yalnız Avrokubok matçlarında meydana çıxan və iki qol vurub, iki məhsuldar ötürmə verən mərkəz hücumçusu Andreas Kornelius. “Bayerlə” oyundan sonra Danimarka liqasında 5 matçda 3 qol vuran digər hücumameyilli oyunçu, cinah yarımmüdafiəçisi Elias Acouri da zədə alıb. Bununla belə, Danimarka Superliqasında keçirdiyi son 4 oyunda 3 qol və 3 məhsuldar ötürmə edən yarımmüdafiəçi Mohamed Elyunoussi yaxşı formadadır.

"Qarabağ"ın ev matçlarında vurduğu qolların sayının artması da "Kopenhagen" üçün xoş xəbər ola bilməzdi. Onlar onsuz da son vaxtlar səfərdə çox nadir hallarda qalib gəlirlər. Avropada keçirdiyi son 17 səfər oyununda "Kopenhagen" yalnız üç qələbə qazanıb - Cəbəllütariq, Heidenhaym və Priştinada.

“Qarabağ” bugünkü ev oyununa çox hazırlıqlı çıxmışdı və ən azından 35 min tamaşaçı qarşısında nəyə qadir olduğunu göstərməli idi. Elə isinmə hərəkətlərində uğuldayan tribunalar köhlən atlara verilən qələbə istəyi mesajı idi. Beləliklə, oyun başladı və ilk dəqiqələrdən Ağdam təmsilçisi rəqibini öz qapısına doğru sıxışdırmağa məcbur etdi. İlk dəqiqələrdən “Kopenhagen”in qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratmaq mümkün olsa da danimarkalıların qapıçısı çox əla oyun nümayiş etdirərək komandasını bir neçə təhlükəli vəziyyətdən xilas etməyi bacardı.

Ancaq danimarkalı qapıçıya yalnız 28-ci dəqiqəyə qədər qapısını möhürdə saxlamaq müəssər oldu. 28-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Bikalio cərimə meydançasından kənarda, sağ küncdən qapıya güclü zərbə endirdi. Top Katarskinin qoruduğu qapının sol dirəyinə dəyib “Qarabağ”ın kapitanı Zubirin qarşısına düşdü. Bu dəfə kapitan fürsəti fotə vermədi və T.Bəhrəmov adına stadiona toplaşmış minlərlə azarkeşin “qoool” deyə hayqırtısı ilə ayağa qalxmasına səbəb oldu. 1:0 “Qarabağ” irəlidədir.

Birinci hissənin 38-ci dəqiqəsində Zubir yenidən fərqlənməyə və komandasını hesabda irəli çıxarmağa yaxın oldu. Pressinq sayəsində ağdamlılar rəqib meydançasında topu ələ keçirdilər. Mateus Silva sağdan qapı önünə Zubirin başla zərbəsinə əla ötürmə etdi. Kapita bu dəfə qapı çərçivəsinə gözəl zərbə endirdi. Lakin Katarski bu dəfə də sayıq tərpənib əla sıçrayışla topu qapı tirinin üstündən kənara çıxardı.

Hissənin sonunda “köhlən at”lar daha bir qol vəziyyəti yaratdılar. Bu dəfə Elvin Cəfərquliyev cərimə meydançasının mərkəzinə doğru güclü zərbə ilə komanda yoldaşı Andradeyə əla ötürmə etdi. Amma Andradenin qapı çərçivəsinə vurduğu zərbə rəqibin oyunçusuna dəyib qapıdan yayındı.

İkinci hissənin əvvəlində Qurban Qurbanovun yetirmələri topa sahibolmada üstünlüyü saxlasalar da birinci hissədəki təzyiq yox idi. Oyun bir qədər bərabərləşmişdi və hətta rəqib bir neçə hücum təşkil etməyə müvəffəq oldu. Lakin bu hücumlar elə də təhlükəli görünmürdü.

Ağdamlılar oyunun tempini aşağa salmağa çalışdıqları bir vaxtda, danimarkalılar elə güclü təzyiq və pressinq nümayiş etdirmirdilər. Onlar əsasən sol cinahdan qarabağlıların qapısına hücum təşkil etməyə çalışırdılar.

70-ci dəqiqədə Qurban Qurbanov ötən oyunun qəhrəmanlarından biri Aleksey Kaşuku Emmanuel Addayla əvəzlədi. Buna qədər isə “Kopenhagen”in məşqçisi heyətində 4 əvəzetmədən istifadə etmişdi. Rəqib təzyiqini getdikcə artırmağa səy göstərirdi. 80-ci dəqiqədə Yakob Nestrup son dəyişikliyə əl atdı. Lakin bu da onun komandasını 84-cü dəqiqədə “Qarabağ”ın ikinci qolundan xilas edə bilmədi.

83-cü Katarski qapıdan topu zərbə ilə oyuna daxil etdi. Axundzadə topu ələ keçirib Kaşukun əvəzinə meydana çıxan Addaya ötürdü. “Qarabağ”ın hücumçusu topla bir-iki fənd işlədikdən sonra 22 metrdən onu rəqibin qapısının aşağa sol küncünə vurdu. Yox, yox Katarski bunu dəf edə bilməzdi: Qoool! 2:0. “Qarabağ” yenə tarix yazdı. Çünki oyun elə bu hesabla da başa çatdı. Əhsən “Qarabağ”, əhsən Qurban Qurbanov, Əhsən Azərbaycan!

İlqar RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see286

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see258

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see214

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see191

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see191

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see183

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see180

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri