Icma.az
close
up
RU
Zəfərlə yazılan tarix Bir millətin qalib hekayəsi

Zəfərlə yazılan tarix Bir millətin qalib hekayəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan xalqı azad Vətən torpağında artıq öz şərəfli tarixini qürurla, ləyaqət və sevinclə özü yazır! Azərbaycan xalqı son 200 illik tarixinin ən əlamətdar hadisəsi – 44 günlük Vətən müharibəsində Şanlı Zəfərin beşinci ildönümü ərəfəsindədir. 2020-ci ilin payız günlərində Qarabağ torpaqlarımızdan gələn xoş xəbərlər hər birimizdə böyük sevinc və qürur yaratdı, xalqımız son üç onillik ərzində həsrətində olduğu möhtəşəm qələbənin sevincini yaşadı. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti irimiqyaslı hərbi təxribatlarına, yeni işğalçılıq planlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən müharibədə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərin böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri həmin ilin sonuna kimi ərazidən çəkildilər. Bununla da tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini özü yerinə yetirdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı torpaqlarımızın 30 illlik işğalına son qoyulması, ərazi bütövlüyümüz bərpası ilə başa çatdı. Bu Zəfəri Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Noyabrın 8-də isə milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun hərbi əməliyyatlar dövründə qazandığı möhtəşəm hərbi uğur olmaqla bərabər, həm də Vətən müharibəsinin taleyini həll etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Şuşanı azad etdiyi 8 noyabr tarixi ölkəmizin tarixinə Zəfər Günü olaraq həkk olundu. Şuşanın işğaldan azad edilməsi müjdəsini Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti zamanı verdi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". Məhz Şuşanın azad olunması Böyük Zəfərin şanlı müjdəsi oldu. Məhz 8 Noyabrdan sonra sonra Ermənistanın haqq savaşında öz məğlubiyyətini etiraf etməkdən, Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri yerinə yetirməkdən başqa yolu qalmadı. Beləliklə, “dəmir yumruq”la düşmənin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etdi. Şuşanın azad olunduğu gün isə cənab İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu. Azərbaycan Müzəffər Ali Baş Komandan, müdrik dövlət başçısı İlham Əliyevin qətiyyətli iradəsi, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizin əzəli torpaqlarını düşmən əsarətindən azad etməklə müasir hərb tarixinə misilsiz şərəf səhifəsi yazdı. Şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi soyqırımlarının qurbanı olan bütün soydaşlarımızın intiqamını aldıq, onların qanı yerdə qalmadı. Son bir neçə əsrlik tariximizin ən böyük hadisəsi olan bu Zəfərlə Azərbaycan haqq-ədalətin pozulduğu, ikili standartlar siyasətinin davam etdiyi tarixi bir şəraitdə təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyin misilsiz nümunəsini yaratdı. Azərbaycan öz əzəli torpaqlarını güc yolu ilə işğaldan azad etdikdən sonra uzun illər ərzində böyük güclərin beynəlxalq danışıqlar masasında oynadığı çirkin oyunlar da, “Dağlıq Qarabağ problemi” də, bu münaqəşənin “nizamlanması” üçün yaradılmış, problemin həllinə deyil, dondurulmasına çalışan riyakar “Minsk qrupu” da tarixin arxivinə gömüldü. Böyük Zəfər ölkəmiz üçün, region, bütün dünya üçün yeni reallıqlar, yeni əməkdaşlıqlar formatlarının yaranmasına, yeni təşəbbüslərin baş qaldırmasına rəvac verdi. Böyük Zəfərə qədər münaqişənin həllinə dair beynəlxalq biriliyin uzun illər ərzində nümayiş etdirdiyi qərəzli davranışlarla bağlı daha obyektiv təhlillər üçün də imkanlar yarandı. Azərbaycanın qələbəsi ilə öz təsdiqini tapan ən böyük reallıqlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın dövr ərzində ölkəmizə qarşı tarixi haqsızlıq edib, beynəlxalq hüququn bütün tələblərini elə özləri riyakarcasına tapdalayıblar. Böyük Zəfərdən sonra Qərb siyasi dairələrinin ortaya qoyduqları mövqe bir daha təsdiq etdi ki, onlar, ümumiyyətlə, danışıqlar prosesində obyektiv və səmimi olmayıblar. Azərbaycanın işğala məruz qaldığı, Ermənistanın isə işğalçı olduğu gün kimi aydın olsa da, problemin yoluna qoyulmasında iştirak edən ATƏT-in Minsk qrupu və Qərb siyasi dairələri əsl həqiqətləri deməkdən həmişə uzaq olublar. Beynəlxalq güclər Qarabağ münaqişəsinin həllinə ikili standartlar çərçivəsindən baxmaqla, əslində uzun illər ərzində Ermənistana öz işğal siyasətini davam etdirməyə imkan yaradıblar. Lakin haqq-ədalət Azərbaycanın tərəfində idi. Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq tədbirlərdə yüksək tribunalardan səsləndirdiyi fikirlərin əsas vurğusu bu idi: “Azərbaycanı öz haqq yolundan yayındırmaq, milli mübarizəsindən çəkindirmək mümkün deyil. Azərbaycan ərazilərinin işğalı ilə barışmayacaq”. Beynəlxalq birliyin diqqətinə çatdırıldı ki, Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, torpaqlarımızın işğalı altında qalması reallığı ilə heç cür barışa bilməz. Beləliklə də, Azərbaycan dövləti işğal olunmuş torpaqlarımızın müharibə yolu ilə azad ediləcəyini istisna etmədi. Bu illər ərzində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyası Prezident İlham Əliyevin hərtərəfli, düşünülmüş siyasi-hərbi sahədə fəaliyyət proqramlarında başlıca yer tutdu, ordumuz daha da gücləndi, döyüş qabiliyyəti ən müasir standartlar səviyyəsinə çatdırıldı. Təsadüfi deyil ki, hələ Vətən müharibəsindən əvvəl Azərbaycan Silahlı Qüvvələri döyüş imkanlarına görə Ermənistanı çox qabaqlayırdı və bu fakt mütəmadi olaraq beynəlxalq reytinqlərdə də öz əksini tapırdı. Və 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın cəbhə xəttində başladığı növbəti hərbi təxribatdan sonra isə artıq heç bir qüvvə Azərbaycanın qarşısını ala bilməzdi. Həmin tarixdə Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlayan ordumuz “dəmir yumruğ”u düşmənə zamanında vurdu, müharibənin ilk günündən işğalçı tarix boyu unuda bilməyəcəyi ağır zərbə aldı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı həyata keçirildi. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib və növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Məhz bu şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Beləliklə də lokal xarakterli antiterror əməliyyatı Azərbaycan xalqının əyilməz ruhunu bir daha təsdiq etdi, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına misilsiz töhfələr verdi. Zəfərin işığında Böyük Zəfərin işığı indi Qarabağımızda daha möhtəşəm görünür, torpaqlarımız azadlığına qovuşub. Şanlı Zəfərdən ötən müddət ərzində azad olunan Qarabağ və Şərqi Zəngəzur dövlət başçısının qətiyyət və məqsədyönlü fəaliyyəti ilə yenidən bərpa olunur. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca böyük, möhtəşəm və əzəmətlidir. Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü olmaqla yanaşı, dünyaya yeni mesajlar verdi. Bu səfər və verilən mesajlar onu göstərdi ki, Türkiyə Vətən müharibəsində olduğu kimi, bundan sonra da qardaş dövlət olaraq Azərbaycanın yanındadır və bütün platformalarda respublikamızın mövqeyini qətiyyətlə dəstəkləyəcək. Eyni zamanda Prezident R.T. Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etməsi həm də ondan xəbər verdi ki, Türkiyə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində də Azərbaycanın yanındadır. Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə edilən uğurlara dərindən sevinir. Türk dünyasının liderləri Şuşadan sonra növbəti dəfə Zəngilandan dünyaya mesajlar ünvanladılar. Bu mesajların əsas məzmunu ondan ibarətdir ki, Azərbaycanla Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olmağın verdiyi ortaq ruh və dəyərlərlə hərəkət edəcəklər. Bütün bunlar həm də onu təsdiq edir ki, Azərbaycan-Türkiyə münasibətləri böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrikliklə dedikləri və tarixi əhəmiyyət kəsb edən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” tezislərinə uyğun inkişaf edir, daha da möhkəmlənir və sarsılmaz olur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə sürətli abadlıq və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdışa start verilib, azad olunmuş ərazilərdə beynəlxalq əhəmiyyətli infrastruktur qurulur, yollar çəkilir, kəndlər salınır, məktəblər inşa olunur, rayonların baş planları hazırlanıb həyata keçirilir. Sakinlərimiz öz dədə-baba torpaqlarına qayıdır. Prezident İlham Əliyev mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edir və işlərin gedişi ilə yerindəcə tanış olur. Dövlət başçısı şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiramla yad edir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. Böyük Zəfər – Türk dünyasının şərəf günü Böyük Zəfərdən keçən 5 il Türk dünyasının səfərbərliyi, bir yumruq kimi birləşməsinə, qardaş cümhuriyyətlər arasında qardaşlaşmanın yeni tarixi səhifəsini açdı. Əslində Böyük Zəfər – Türk dünyasının şərəf günü kimi tarixi nailiyyətdir. Çünki bu Zəfər türk dünyasının layiq kimliyini, mübarizliyini, haqq-ədalət tərəfdarı olduğunu, sülh içində, dinc yanaşı yaşamaq və birgəyaşayış prinsiplərinə sadiqliyini sivil dünyaya göstərdi. Böyük Zəfər qlobal təhlükələrə, çağırışlara qarşı türk dünyasına verilmiş həmrəylik mesajı idi. Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısında Prezident İlham Əliyevin aşağıdakı fikirlərinə diqqət yetirək: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin tarixi əhəmiyyətini belə qiymətləndirib: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”. Bu fikir türk cümhuriyyətlərinin mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi indiki vaxtda daha sıx inteqrasiyasını labüd edir. Bu baxımdan, şühhəsiz ki, Böyük Zəfərin türk toplumu üçün yaratdığı reallıqlardan başlıcası qlobal təhlükələrə qarşı birgə səylərin səfərbər olunmasıdır. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi. Bu savaşda qazanılan möhtəşəm qələbə milli qürurumuzu ucaltdı, artıq Azərbaycan Böyük Zəfəri ilə dünya birliyində həlledici söz sahibi olan güclü dövlət statusunu daha da möhkəmlədib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar”. Dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan şanlı Zəfərlə Azərbaycan dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi. Bu gün üçrəngli Azərbaycan bayrağının qürurla dalğalandığı Vətən torpaqlarında həyat yenidən qaynayır, ölkə rəhbərliyinin davamlı diqqət və qayğısı sayəsində aparılan geniş vüsətli yenidənqurma və quruculuq işləri xalqımızın gücünü, qurub-yaratmaq eşqini, coşqusunu bütün dünyaya bir daha nümayiş etdirir. Müqəddəs Vətən torpaqlarında göylərə ucalan dualar, səslənən hər bir uşaq səsi, əkilən hər bir ağac bu Zəfərin davamıdır. Azərbaycan xalqı azad Vətən torpağında artıq öz şərəfli tarixini qürurla, ləyaqət və sevinclə, bəxtiyarlıqla özü yazır! Zəfər günümüz mübarək olsun!

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see227

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see191

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see180

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see144

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see141

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see136

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see130

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see130

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see129

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see128

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see128

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see124

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri