Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Zəfərlə yenidən doğulan Azərbaycan

Zəfərlə yenidən doğulan Azərbaycan

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəfər tarixdir. Tarixin saralmış, üstünü toz basmış, öləziyən vərəqlərində qalibiyyət heç vaxt saralmır. Çünki qanla yazılır və unudulmur.
Arxaya boylananda şərəfli keçmişimizin acı həqiqətləri ilə üzləşirik. Qalibiyyətə tamarzı qaldığımız, istilalar taleyini yaşayan məmləkətimizdə işğala etiraz edənlərin acı taleyini yaşamışıq. İşğala və qəsbkarlığa məruz qalan zəngin keçmişimizin səhifələrində uzun illər sərkərdələrimizin qara xəbərlərini eşitmiş, işğal altında keçən günlərimizi saymışıq. Müstəqillik illərində yaşadığımız sarsıntılar milli qürurumuzu zədələmiş, başımızı dik tutmağa imkan verməmişdi. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz, verdiyimiz itkilər, yaşadığımız məşəqqətlər qara keçmişimizin acı xatirələrini əks etdirən faciələr ensiklopediyası idi. Bu vəziyyət belə davam edə bilməzdi.
Zaman və məkan görkəmli dövlət xadiminin yetişməsinə zəmin hazırlayırdı. 2003-cü il prezident seçkilərində qurtuluşla xilas olan xalqımız ən düzgün seçimini etdi. Xalq siyasi olimpə yüksələn İlham Əliyevi seçməklə Azərbaycanın milli dərdlərinin və problemlərinin həllinə səs verdiyini yaxşı bilirdi.

Prezident kimi ölkənin iqtisadi və siyasi qüdrətini möhkəmləndirən İlham Əliyev Azərbaycanı qüdrətli dövlətlər sırasına yüksəldərək bölgənin lider ölkəsinə çevirdi. Lakin Qarabağ problemi hələ də həllini gözləyirdi. Ali Baş Komandan kimi xalqımızın işğalla heç vaxt barışmayacağını sülh danışıqlarında bəyan edən dövlət başçısı zaman keçdikcə bu sözlərin sadəcə bəyanat olmadığını əməli fəaliyyəti ilə sübut etdi.

Biz məğlub olmuşduq, suveren ərazilərimiz işğal altında idi. İlham Əliyev bizə o inamı verdi ki, tarix məğlubiyyətlə bitmir.
Qalibiyyət uzaqda deyil. Qələbə inamdan doğur, iradə ilə əldə olunur. Böyük xalqımızın çoxəsrlik tarixinin ən böyük sərkərdəsi kimi adı və imzası qəhrəmanlıq salnaməmizlə qoşa çəkiləcək İlham Əliyevə sonsuz inam qələbəmizin təməli oldu.

Məhz bu inamın nəticəsi idi ki, böyük güclərin himayəsi altında olan işğalçı ölkə 44 günlük müharibədə Prezident İlham Əliyevin iradəsi qarşısında diz çökdü, keçilməz sədlər Silahlı Qüvvələrimiz tərəfindən yarıldı. Düşmən gecə saatlarında ağ bayraq qaldıraraq kapitulyasiya sənədinə imza atdı. Cəmi bir gün davam edən antiterror tədbirləri nəticəsində bölgəmiz separatizm və terror yuvasından tamamilə azad olundu. İlham Əliyev düşməni ayağımıza, qələbəni evimizə gətirdi. İlham Əliyev Prezident, Ali Baş Komandan, diplomat və jurnalist kimi bütün cəbhələrdə düşmən və anti-Azərbaycan qüvvələri ilə savaşda idi və bütün savaşlardan qalib kimi ayrıldı. Dünya üçün liderlik, böyüklük və vətənpərvərlik nümunəsi yaratdı. ABŞ Prezidentinin ölkəmizin başçısına xitabən söylədiyi “Siz güclü lidersiniz” ifadəsi də məhz bu tarixi uğurların və liderlik yolunun beynəlxalq səviyyədə etirafı idi.  

Qarabağın, xüsusilə Şuşanın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyevin böyük strateq kimi hərbi-siyasi məharətinin, uzaqgörənliyinin və qətiyyətli rəhbərliyinin təntənəsi idi. Xankəndinin separatizmin alovundan və qanunsuz silahlı birləşmələrin mövcudluğundan təmizlənməsi isə qəhrəman sərkərdənin rəhbərlik etdiyi qəhrəman ordumuzun gücünün, döyüş əzminin və hərbi peşəkarlığının növbəti təntənəsi kimi tarixə yazıldı. Bayrağımızın Xankəndində dalğalanması dövlət suverenliyimizin tam bərpasının, tarixi ədalətin və milli qürurumuzun təntənəsi oldu.

Bu coşqunun, bu təntənənin adı zəfərdir. İllərlə həsrətini çəkdiyimiz, uğrunda mübarizə apardığımız, böyük qurbanlar bahasına qazandığımız zəfər! İndi qalibiyyət bayrağımız başımızın üstündə dalğalanır, qürurumuzun və milli birliyimizin rəmzi kimi gələcəyə uzanan yolumuza işıq saçır. Qələbə ocağımızın başındadır. Xalq kimi başımız dik, alnımız açıqdır. Biz torpaqlarını azad etmiş, suverenliyini tam bərpa etmiş, zəfərini ləyaqətlə qazanmış xalq kimi tarix qarşısında alnıaçıq dayanırıq. Bu gün qürurumuz da, sevincimiz də, gələcəyə inamımız da zəfərimizin ucalığından güc alır.

Xankəndidə dalğalanan Azərbaycan Bayrağı artıq arzu və istək yox, reallıqdır. Otuz ildən artıq xalqımızın qəlbində yaşatdığı müqəddəs arzu gerçəkləşib, üçrəngli bayrağımız doğma torpağımızda öz əbədi yerini tutub. Arzularımızı reallığa çevirən qalib Baş Komandan bizə azərbaycanlı olmağın, bütövlüyün və xalq böyüklüyünün xoşbəxtliyini yaşatdı. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin liderliyi ilə artıq bölgədə əmin-amanlıq və inkişaf var. 

Qələbəni dahilər qazanır, çünki dahilər tarixin özüdür, tarix onların qərarları ilə yazılır. Qarabağ zəfəri ilə Prezident İlham Əliyev dünyanı heyrətə gətirən qalibiyyət epopeyası yazaraq Azərbaycanı tarixinin ən şanlı səhifələrindən birinə qovuşdurdu. Ölkə başçısı böyük lider kimi düşmən ölkəyə, Qarabağın işğalını əbədiləşdirmək istəyən beynəlxalq güclərə qalib gəldi. Prezident İlham Əliyev bu ədalətsiz güclərin qarşısında təkbaşına dayanaraq Azərbaycanın taleyini dəyişdi, dünənki, indiki və gələcək nəsillərə örnək yaratdı. Bu örnəyin adı xalqa bağlılıq, böyüklük və qələbədir. 8 Noyabr Zəfəri ilə sanki Azərbaycan yenidən müstəqilliyini elan etdi, azad ölkə kimi yenidən doğuldu! 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see657

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see467

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see329

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see326

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see325

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see312

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see295

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see277

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see267

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see251

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see242

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see236

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see229

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see229

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see225

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see209

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see206

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see202

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see196

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri