Icma.az
close
up
RU
Möhtəşəm zəfərlərə doğru inamla

Möhtəşəm zəfərlərə doğru inamla

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Artıq iyirmi bir ildən çoxdur ki, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə öz dəstəyini göstərir və möhtərəm dövlət başçımızın müdrik rəhbərliyi ilə zəfərdən zəfərə, parlaq qələbələrə doğru inamla irəliləyir. 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevin lehinə səs verib. İlk Prezidentliyi dövründə xalqın etimadını doğrultmağa, daha artıq inam və etibarını qazanmağa müvəffəq olmuş möhtərəm dövlət başçımız 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə də mütləq səs çoxluğu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-dəkeçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ölkə ərazisinin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişlər. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur.Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Zəfər seçkisi Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabr-noyabr ayları ərzində 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində əldə edilmiş tarixi Qələbənin bir nəticəsi oldu. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı.

Tarixi Qələbəmizdən üç il sonra keçirilmiş antiterror tədbirlərinin nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək, qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev andiçmə mərasimində öz xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı və bununla bütün vədlərinə əməl etmiş oldu.

Son 21 ildə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb.Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Nəticə olaraq karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BakuFinanceGoal) razılaşmasını elan etdi.

Bütün bu zəfər və nailiyyətlər birmənalı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi praqmatik və düşünülmüş, müstəqil daxili və xarici siyasət kursunun möhtəşəm nəticələridir. Bu gün Azərbaycan qlobal arenada mövqeləri getdikcə güclənən, beynəlxalq nüfuzu durmadan artan dövlətdir və bu tendensiyanın növbəti illərdə də cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha yüksək dinamika ilə davam edəcəyi heç bir şübhə doğurmur.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see644

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see449

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see420

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see395

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see230

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see225

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see220

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see215

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see214

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see202

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see184

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see182

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see168

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see167

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see161

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see161

Azərbaycan ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə edildi

07 İyul 2026 19:13see155

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see154

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see150

Rusiya Azərbaycana izahat verməlidir

07 İyul 2026 08:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri