Icma.az
close
up
RU
Zəhərli və hiyləgər: Uzaq durulmalı olduğunu 8 ən təhlükəli ağac

Zəhərli və hiyləgər: Uzaq durulmalı olduğunu 8 ən təhlükəli ağac

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Təbiətdə gəzmək həyatın ən gözəl anlarından biridir. Lakin dünyanın bəzi bölgələrində bu istirahət arzusu zərərli nəticələrə yol aça bilər. 

Qaynarinfo xəbər verir ki, buna görə də "Discover Wildlife" nəşri insan sağlamlığı üçün təhlükə yaradan və yaxınlaşmaqdan çəkinmək lazım olan ən təhlükəli ağacların siyahısını hazırlayıb.

Cerbera odollam 


Bu ağac Cənubi və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində, Sakit okean adalarında və Avstraliyanın Kvinslend əyalətində bitir. O, "intihar ağacı" kimi tanınır, çünki keçmişdə və bu gün də özünü zəhərləmək məqsədilə istifadə olunur.

Təxminən 12 metr hündürlüyündə olan bu ağacın ağ çiçəkləri və yaşıl meyvələri var. Tərkibində olduqca zəhərli toxumlar saxlayan bu meyvələr orqanizmə düşdükdə ağızda yanma hissindən başlayaraq komaya və ölümə qədər aparan əlamətlərə səbəb ola bilər.

18-19-cu əsrlərdə Madaqaskarda bu ağacın istifadə olunduğu məhkəmə proseslərində təqsirləndirilənlərə zəhər verilirdi və onların sağ qalıb-qalmamasına görə günahsız və ya günahkar olduqları müəyyən edilirdi. Hər il bu cür "məhkəmə" nəticəsində təxminən 3 min insan həyatını itirirdi.

Yandıran ağac


Avstraliyanın tropik meşələrində yetişən bu ağac maksimum 10 metrə qədər böyüyür. Onun gövdəsi və yarpaqları çox incə tüklərlə örtülüb. Bu tükcüklər dəridə ciddi yanma hissi yaradan toksin ifraz edir və bu ağrı günlərlə, hətta aylarla davam edə bilər.

1963-cü ildə təbiəti qoruma xidmətinin əməkdaşı Erni Rayder bu ağacın budağı ilə üz və bədənindən zərbə aldıqdan sonra, bu ağrının iki il sürdüyünü və onu "əvvəllər yaşadığı bütün ağrılardan on dəfə pis" kimi təsvir etmişdi. Hətta ağaca toxunmasanız belə, yaxınlıqda olmaq təhlükəlidir. Havada olan tükcüklər nəfəs yollarına daxil olaraq tənəffüs problemlərinə səbəb ola bilər.

Bunge şamı


Bu həmişəyaşıl iynəyarpaq ağacı 50 metrədək böyüyə bilər. Təhlükəsi isə onun böyük və ağır şam qozaları ilə əlaqədardır – bu qozalar 18 kiloqrama qədər çəkidə ola bilər. Ağacdan düşən bu qozalar yoldan keçən insana ciddi zərbə vura və ölümə səbəb ola bilər.

Dinamit ağacı


Amerikanın tropik bölgələrində yayılan bu ağac dinamit ağacı kimi tanınır. Onun balqabağa bənzəyən meyvələri yetişdikdə partlayaraq toxumları hər tərəfə yayır. Bu toxumlar saniyədə 225 km sürətlə atıldığından, dəriyə dəyərsə qızartı, gözə dəyərsə isə korluq yarada bilər. Karib hövzəsində yaşayan kalinaq xalqı bu ağacın toxumundan zəhərli oxlar hazırlayırdı.

Mansinel ağacı


Karib adaları, Bahamlar və Mərkəzi, Cənubi Amerikanın bəzi bölgələrində böyüyür. Bu ağacın hər bir hissəsi çox zəhərlidir. Yağış zamanı budaqları altında dayanmaq belə dəridə su toplayan yanıqlara səbəb ola bilər. Ağacın şirəsi gözə düşərsə müvəqqəti korluq yarada bilər. Bu səbəblə o, "ölüm ağacı" adlandırılır. 18-ci əsr səyyahı Nikolas Kresvell gündəliyində yazırdı: "Bir meyvəsi 20 nəfəri öldürməyə bəs edər”.

Adi tis


Bu ağacın yalnız qırmızı, ətli meyvə hissəsi zəhərsizdir. Lakin onun yarpaqları və toxumu çox sayda toksik birləşmələr ehtiva edir. Yarpaq və toxumunun yeyilməsi və ya hətta ağacın yonqarının nəfəsə çəkilməsi təcili tibbi müdaxilə tələb edir. İnsan ölümləri nadir olsa da, bu ağacın yaxınlığında çoxlu sayda ölü heyvan aşkar olunub.

Strixnin ağacı


Strixnin təbiətdəki ən zəhərli maddələrdən biridir və bu ağacın qabığında yerləşir. Onun tərkibində olan brusin maddəsi əzələ spazmı, qıcolmalar və böyrəklərin zədələnməsinə səbəb ola bilər.

Tikanlı gleditsiya


Əsasən Şimali Amerikanın mərkəzi hissələrində yetişən bu yarpaqlı ağac iri, 20 sm-ə qədər böyüyə bilən tikan dəstələri əmələ gətirir. İndiyə qədər bu ağacın insanlara xəsarət yetirdiyinə dair rəsmi məlumat olmasa da, bunun əsas səbəbi heç kimin bu ağaca dırmaşmaq cəsarətində olmamasıdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:450
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri