Icma.az
close
up
RU
Zəif nəticə göstərən universitetlərə qəbul dayandırılsın Professor

Zəif nəticə göstərən universitetlərə qəbul dayandırılsın Professor

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Nazir Emin Əmrullayevin “Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq” fikri şəhər infrastrukturundakı sıxlığın tənzimlənməsi və regionların inkişafı baxımından müəyyən qədər anlaşılandır. Lakin bu yanaşma yalnız say məhdudiyyəti ilə deyil, həm də keyfiyyətin yüksəldilməsi, regionlarda ali təhsilin gücləndirilməsi və tələbələr üçün bərabər imkanların yaradılması ilə paralel aparılmalıdır. Bu məqamda xüsusilə bu sual düşünməyə vadar edir: məqsəd sadəcə rəqəmləri azaltmaqdır, yoxsa ali təhsilin keyfiyyətini yüksəltmək? Bu məsələ təkcə Bakıdakı sıxlığın azaldılması deyil, yəqinki həm də ali təhsilin gələcək inkişaf modeli ilə bağlı olmalıdır. Məncə, nazirin səsləndirdiyi fikir müəyyən mənada müsbət yanaşmadır, lakin bu siyasətin əsas meyarı yalnız tələbə sayının azaldılması deyil, keyfiyyət göstəriciləri olmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli feysbuk hesabında yazıb.

"Digər tərəfdən, əgər tələbə qəbulu azaldılırsa, bu proses bütün universitetlərə eyni şəkildə tətbiq edilməməlidir. Əksinə, qərarlar konkret nəticələrə, məzunların uğurlarına və əmək bazarındakı göstəricilərinə əsaslanmalıdır. Məsələn, ingilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetinin məzunları MİQ və sertifikasiya imtahanlarında daha yüksək nəticələr göstərir, əmək bazarında rəqabətədavamlı kadr kimi seçilirlərsə, bu istiqamətdə qəbulun məhz həmin universitetdə məhdudlaşdırılması nə dərəcədə məqsədəuyğundur? Deməli, həmin ixtisası təşkil edən digər təhsil müəssisələrində qəbul planı dayandırılmalıdır".

Onun fikrincə, eyni yanaşmanı BDU-dakı, UNEC-dəki ixtisaslara da tətbiq etmək olar:

"Azərbaycan dili və ədəbiyyatı, hüquq, tarix, maliyyə və kredit və s. digər sahələr üzrə daha yüksək nəticə göstərən ali təhsil müəssisələri müəyyənləşdirilməli, dövlət sifarişi və qəbul planları məhz bu göstəricilər əsasında formalaşdırılmalıdır.

Ali təhsildə əsas meyar bina, yerləşmə və ya tələbə sayı deyil, nəticə olmalıdır. Hansı universitet daha keyfiyyətli məzun hazırlayır? Hansı məzun əmək bazarında daha tez iş tapır? Hansı ali məktəbin məzunları beynəlxalq və milli imtahanlarda daha yüksək nəticə göstərirlər? Məhz bu suallar cavablandırılmalıdır.

Əks halda, yalnız kəmiyyəti azaltmaqla problemi həll etmiş olmayacağıq. Əgər on il sonra on zəif kadr bir peşəkarın gördüyü işi görə bilməyəcəksə, onda sadəcə statistik rəqəmləri dəyişmiş olacağıq.

Bu gün Azərbaycanda ali təhsilin qarşısında duran əsas vəzifə tələbələrin sayını azaltmaq deyil, keyfiyyət mərkəzli universitet modelini formalaşdırmaqdır. Qəbul planları, dövlət sifarişləri və maliyyələşmə mexanizmləri məzunların uğurlarına, elmi fəaliyyətə, əmək bazarına inteqrasiyaya və tədrisin keyfiyyətinə əsaslanmalıdır. Çünki gələcəyin güclü ölkəsi çox sayda diplomlu insanlarla deyil, yüksək ixtisaslı və rəqabətədavamlı mütəxəssislərlə qurulur".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyun 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri