Icma.az
close
up
RU
“Zəkaların mübarizəsi” FOTOLAR

“Zəkaların mübarizəsi” FOTOLAR

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Qazax–Tovuz regionu üzrə regional mərhələsi keçirilib.Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi rəhbərliyi, eləcə də yerli həmkarlar təşkilatının sədirləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında yarış iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb.

İcra başçısı bildirib ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu cür olimpiadaların şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin belə yarışların şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gələcək uğurlar üçün möhkəm zəmin yaratdığına diqqət çəkib.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov isə çıxışında olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, tədbirin istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.Daha sonra komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla sualları cavablandırıblar.Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Gədəbəy komandası birinci yerə layiq görülüb. Qalib komanda may ayında keçiriləcək final mərhələsində regionumuzu təmsil etmək hüququ qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri